Sağlamlıq, özgürlük, sabitlik üçün pul önəmli vasitədir. Lakin pul da, var dövlət də müsbət enerjidən qaynaqlanmırsa insan varlı ola bilməz, olsa da xoşbəxt olmaz.İnsan doğulduğundan ölənə kimi qazandıqlarından, təbiətdən aldığı enerjini sevgiyə çevirib başqalarına ötürə bilmirsə yaşamır…Sevgisiz ömür isə insanın min bir əziyyətlə qazandığı pulu boşa xərcləyib iflasa uğramasının eynidir… Vahid MəmmədliKitabda V.Məmmədlinin məşhur hekayələrindən bir neçəsi yer alır.
Kitabda Vahid Məmmədlinin müxtəlif illərdə yazdığı hekayələrindən bir qismi toplanmışdır."Allah insanlarla yalnız bir dəfə – dünyanı yaradanda danışıb. O səs buludların arasından gəlirmiş. Sözlər də eynən mənim işlətdiyim kimi – bütövlükdə heç kimin, ayrı-ayrılıqda hər kəsin anladığı sözlər…"(Adəmin lüğəti)
"Müqəddəs 44" hər iki Qarabağ müharibəsinə həsr olunmuş ən yaxşı əsərlərdən biri olmaqla yanaşı həm birinci, həm də ikinci Qarabağ müharibələrini bir süjet xəttində birləşdirməklə seçilir.
Amerikanın tanınmış kitab redaktorlarından biri, Hollivudun senari yazarı Devid Ferris Vahid Məmmədlinin “Qırmızı ilə selfi” əsəri barədə yazdığı rəydə bildirir ki, bu kitab az sözlə çox məna kəsb etməyi, bir deyil, bir neçə hekayəti nəql etməyi bacarır, insanla heyvanlar arasındakı fərqlilikləri, Bakının rəngarəngliliyini göstərməklə həm ölkəsini tanıdır, həm də dünyaya sevdirir… Gənclər və uşaqlar üçün maraqlı olmaqla yanaşı, yaşlı nəsli də düşündürür…
Yazıçı Vahid Məmmədlinin qələminin məhsulu olan, Azərbaycanın, eləcə də bütün Türk dünyası və Şərqin ilk fentezi əsəri, qəhrəmanlıq eposu olan "Atropatena" trilogiyasının birinci kitabı "Albaner" romanında ulu babalarımızın şücaətlərlə zəngin həyatlarından bəhs edilir.Çar oğlu Albaner sehrli tacı Albaniyaya gətirmək üçün dünyanın cənnəti Dilmuna, dünyanın o üzündə yerləşən, məcaralar ölkəsi Sahiraya səyahət edir. Əfsanəvi varlıqlar olan Tanbukanlar…Yol boyu bir birindən maraqlı ölkələrlə, sehr və məcəralarla üzləşir. Bu müddət ərzində Albaniyada ölüm hadisələri, cinayətlər baş verir. Qorxmaz cəngavər Albanerin ölkədə olmamasından istifadə edən Nadovar və Şamon ölkəni öz magiyaları ilə idarə edirlər…
Milli kimliyi unutdurmağın ən effektiv üsulu mədəni kimliyi dəyişməkdi. Mədəni kimliyi dəyişməyin ən sınanmış yolu dili dəyişməkdən keçir. Çünki hər bir xalq əvvəlcə öz dilinin övladıdır, sonra öz torpağının. “Şəhrizad” romanının “xalqı” da eyni aqibətlə üzləşir; öz varlığını qorumaq üçün bircə yolu var, milli kimliyini ona təklif olunan mədəni kimliyinə qurban vermək. Aqşin YeniseyVahid Məmmədlinin “Şəhrizad” romanında müxtəlif kulturoloji ənənələrdən yaranan, biri digərini güzgü kimi əks etdirən folklordangəlmə və müəllifin yaradıcı fantaziyasını əks etdirən artefaktlar eklektik vəhdət deyil, milli-mədəni yaddaşın ilkin mənalarını dərk etməyə yönəlmiş polifonik bütövlükdür. Nəticə etibarilə, zahirən repressiyadan bəhs edirmiş kimi görünən “Şəhrizad” romanı milli-mənəvi ideallarla yanaşı, təbiətin qadın başlanğıcı və sənət qarşısında təzim aktına çevrilir. Mətanət Vahid
Vahid Məmmədli özünün "Leyli və Məcnun" romanı ilə modern yeniliklərə tabe olan dünyanın önünə Eşq təlimi ilə çıxıb. Əsəri oxuyarkən şüurumuzda, şüuraltımızda irfani dəyərlər və anlayışlarla bağlı sakral bir qat açılır. Deyilənlərdən başqa bir də deyilməyən, görülənlərdən başqa görülməyən nəsnələr yaddaşımızda geriyə doğru uzun məsafələr qət edir. Yığılmış bədii təcrübə və təhtəlşüurun arxetipləri bərabərləşib yeni modelin sxemini müəyyənləşdirmiş olurlar. Vahid Məmmədlinin "Leyli və Məcnun" əsəri bu mənada, yeninin modelini sərgiləyir…