Əli Bəy Azəri

Список книг автора Əli Bəy Azəri



    Nar çubuğu

    Əli Bəy Azəri

    Bu hekayələr toplusunda müasir Azərbaycan yazıçısı, Azərbaycan yazıçılar birliyinin üzvü "Xəzan" ədəbi jurnalının baş redaktoru Əli Bəy Azərinin müxtəlif vaxtlarda yazdığı hekayələri verilmişdir. Kitabda canlı bəşəriyyətin özü ilə yaşatdığı sevgi-məhəbbət, etibarlılıq kimi ali anlayışlarla yanaşı, hər bir insanın cəmiyyət qarşısında tutduğu yerin, özündə daşıdığı vətəndaşlıq borcunun əhəmiyyəti tərənnüm olunur. Kitabda balacalar üçün maraqlı ola biləcək hekayə də var.

    Bizi ümidsiz qoyma

    Əli Bəy Azəri

    Kitabda müasir Azərbaycan yazıçısı, Azərbaycan yazıçılar birliyinin üzvü "Xəzan" ədəbi jurnalının baş redaktoru Əli Bəy Azərinin hekayələri verilmişdir. Müəllif bu hekayələrdə müxtəlif mövzulara toxunur, fərqli yanaşmalar edir, bununla yanaşı, əksər hekayəsində, sevgini, məhəbbəti, vətəndaşlıq borcunu ön sıraya qoyur. Eləcə də, bu gün cəmiyyətdə kökünü kəsmək mümkün olmayan şarlatanlıq, dələduzluq, yalançılıq kimi sosial xəstəliklər ifşa olunur, tənqid atəşinə tutulur. Kitabda satirik hekayələrə də yer verilib.