Marqarit Atvud

Список книг автора Marqarit Atvud



    Damazlıq qızın hekayəti

    Marqarit Atvud

    "Damazlıq Qızın Hekayəsi" distopiya üslubunda yazılmış romandır, yazıçı bu əsərində totalitar cəmiyyətin qorxunc mənzərəsini yaradıb. Əsərin qəhrəmanı Offred Gilead adlı diktatura respublikasında yaşayır. Offred öz komandirinin evini gün ərzində yalnız bir dəfə tərk edə bilər, bütün başqa vətəndaşlar kimi onun da azadlığı əlindən alınıb, hər şey ölkə başçısının mərhəmətindən asılıdır. Lakin ölkə böhran həddindədir, onun əraziləri və atmosferi radioaktiv maddələrlə zəhərlənib və nəticədə sonsuzluq kütləvi hal alıb, uşaqlar doğulmur. «Unwomen» adlandırılan qısır qadınlar radiaktiv tullantıları təmizləmək məqsədilə xüsusi koloniyalara göndərilirlər. Təkcə komandirlərin arvadları istisna olaraq koloniyalara göndərilmir və Offred kimi, uşaq doğmaq qabiliyyətini itirməmiş qadınların yalnız bir vəzifəsi var, onlar komandirlərin arvadları üçün uşaq doğmalıdır… «Damazlıq Qızın Hekayəsi» romanı oxuyarkən düzxətli bir əsər deyil, romanda keçmişə qayıdışlara və gələcəyə gedib yenidən geri dönmələrə hazır olmalısınız. Əsərdə İncil süjetləri ilə çoxlu səsləşmələr var. Tükürpədici qorxunc səhnələri və bəzən incə yumoru ilə «Damazlıq Qızın Hekayəsi» mənəvi qatlarla zəngin olan bir əsərdir.

    Kor qatil

    Marqarit Atvud

    Hadisələr fərqli xarakterə malik iki bacının ətrafında cərəyan edir. Varlı bir ailənin qızı olan İris bacısı Lauranın qeyri-adi, nizamsız həyat tərzini xırda detallarına qədər təsvir edir. İris və Laura yerli fabrikant Benjamin Çeysin nəvələridir. Onların atası da babalarından miras qalmış düymə fabrikinin sahibidir. Ailə biznesi fonunda ictimai-sosial münasibətlər, müharibənin doğurduğu fəsadlar dinamik təhkiyə tərzilə oxucuya çatdırılır. “Kor qatil” bir az da kollaj tipli romandır. Müharibədən bir gözünü itirmiş halda qayıdan ata fabrikləri işə salır, lakin zaman gəlir bu fabrikləri bağlamaq məcburiyyətində qalır. Ailənin çətin günləri başlayır. Uşaqlar kasıb uşaqların məktəbinə getmirlər, evdə qalıb qarımış bir qız onlara dərs keçir. Lauranın qəribəlikləri ailədə problemlər yaradır. Anaları gənc ikən dünyasını dəyişir, Laura anasının itkisini də qəribə bir soyuqqanlılıqla qarşılayır.