Əbülqasim Firdovsi

Список книг автора Əbülqasim Firdovsi



    Şahnamə

    Əbülqasim Firdovsi

    Şahnamə

    Əbülqasim Firdovsi

    Bəşər mədəniyyəti tarixində silinməz iz buraxan dahi sənətkarlardan biri Əbülqasim Firdovsi (934 – 1024) və dünya ədəbiyyatı xəzinəsində təravətini əbədi saxlayan şah əsərlərdən biri isə onun “Şahnamə”sidir. Fars-tacik klassik şeirinin fəxri olan Firdovsinin, “Şahnamə”si min ildən yuxarıdır ki, dünyaya səs salmış, bədii söz, hikmət və gözəllik aşiqlərini öz pərəstişkarlarına çevirmiş, sevilə-sevilə oxunmuş, bir çox ölməz sənətkarların istifadə mənbəyi olmuş, kimi onu təqlid etmiş, kimi ona nəzirə yazmış, kimi isə onun şərhi və tədqiqini özü üçün şərəf hesab etmişdir. “Şahnamə” ilkin Şərq ədəbiyyatının ən böyük diqqətəlayiq ədəbi abidəsidir. Bu abidədə əvvəldən axıra qədər qəhrəmanlıq və insanpərvərlik ideyası qızıl xətt ilə davam edir, insanın əzəmətini, onun vüqarı, nəcib hissləri və ülviyyətini pozan və ləkələyən nə varsa, hamısına qarşı dahi şairin kin və qəzəblə dolu ittihamnaməsi oxunur. “Şahnamə”də çoxlu müharibə səhnələri təsvir olunur. Şairin fikrincə, bəşəriyyətin ən böyük faciəsi, xalqların dözülməz fəlakəti müharibədir. Hər bir müharibənin təsvirindən sonra qələbənin kimin tərəfində olduğuna fərq qoymadan, böyük insanpərvər şair sanki oxucusuna (dinləyicisinə) müraciətlə fəlsəfi mühakiməyə başlayır. Yüz minlərlə insan atlı, pyada yurdunu, ailəsini, peşəsini tərk edib, silaha sarılır, çarpışır, öldürür, ölür, səhralar insan qanından al boyanır, leş leş üstə qalanır. Nə üçün? Şair bu suala cavab axtarır və tapır: Qılınc oynadan şah evlər yıxar, Mənəmlik edər, aləmi qırdırar.