Kitabda Xalq yazıçısı Əzizə Cəfərzadənin müxtəlif illərdə müəllimləri, qələm dostları, elm, incəsənət xadimləri, eləcə də müxtəlif sənət sahibləri və digər tanıdığı şəxslər haqqında yazdığı xatirələri yer alıb. Bu xatirələrin bir hissəsi müxtəlif illərdə ayrı-ayrı mətbu orqanda çap olunub. Bəziləri isə yazıçının Ev Arxivində saxlanılan materiallar əsasında tərtib edilib. Yazıçının xatirələri küll halında ilk dəfə bu kitabda oxuculara təqdim olunur.
Tarixi romanlar müəllifi olan Əzizə Cəfərzadənin “Gülüstan”dan öncə romanı Sisianovun başçılığı ilə rus qoşunlarının Mustafa Xan Şirvaninin üzərinə hücumundan, onun məcburiyyət qarşısında Şirvanı tərk etməsindən, Cavad xanın həlakından bəhs edir. Bütün bu tarixi qırğınlar, əhəmiyyətli hadisələr fonunda yaşanan Teymuraz xanın böyük sevgisi gözəl hislərin şah-rəiyyət tanımadığını bir daha sübut etmiş olacaq.
Romanda Azərbaycanın keçmiş Cavad-Qaradonlu-Şirvan ərazisində baş ve¬rən hadisələrdən, ailə-məişət məsələlərindən, əski adət-ənənə-lərdən bəhs edir. Romanda səsi vala yazılmış Azərbaycanın ilk qadın xanəndəsi Mirzə Güllərin də həyatına nəzər salınır.
“Bir çox tarixi romanların müəllifi olan Əzizə Cəfərzadənin “Bəla” romanı Səfəvilər dövlətinin tarixinin bir mərhələsindən – Məhəmməd Xudabəndənin hakimiyyətə gətirilməsi və bu dövrdə baş verən hadisələrdən bəhs edir. Əsərdə I Təhmasibin böyük oğlu olan Xudabəndənin xarakteri, Allah adamı olması, döyüş və qan sevməməsi təsvir edilir. Şah o olsa da, hakimiyyəti əslində, xanımı – kişilər qədər cəsur Xeyrənisa bəyim idarə edir. Romanı oxuduqca ölkədə davam edən sünni-şiə mübarizəsindən, bunun uğruna tökülən qanlardan, hətta böyük bir sevginin belə, məzhəb davasına və siyasətə qurban verilməsindən xəbərdar olacaqsınız.
“Bakı-1501” Əzizə Cəfərzadənin ən məşhur romanlarındandır. Əsərdə Şah İsmayıl Xətainin Şirvanşahlar üzərinə yürüşündən, qanlı döyüşlərdən, o dövrdə baş verən hadisələrdən danışılır. Həmçinin kitabda əsl adı Bibixanım olan sadə kəndli qızının necə Sultanım xanıma çevrildiyinin və qalanı qoruyarkən Şah İsmayılla üz-üzə gəldiyinin, onu məğlub etməsinə baxmayaraq öldürmədiyinin şahidi olacaqsınız. Bu maraqlı əsərlə Azərbaycan tarixinin əhəmiyyətli dövrünə səyahət etmək, bir çox hadisələrin xəyali iştirakçısına çevrilmək imkanınız olacaq.