Vurğun Əyyub

Список книг автора Vurğun Əyyub



    Ədəbi həyat

    Vurğun Əyyub

    Vurğun Əyyubun bu kitabda toplanmış məqalələri istər mövzusu, istərsə də məzmunu baxımından yeni və orijinaldır. Hətta mən deyərdim ki, tənqidçinin bir çox yazıları ədəbi prosesə yeni bir üslub gətirdi. “Şeir təhlilləri” və “Hekayə təhlilləri” bölmələrində toplanan araşdırmalar həm forması, həm də məzmunu baxımından yeni idi. Doğrudur, Vurğun Əyyub özü də bu formanı türk ədəbiyyatşünası Mehmet Kaplandan götürdüyünü yazır. Ancaq Azərbaycan ədəbi mühitində bu formanının yeni olmasını heç kim dana bilməz. Özü də Mehmet Kaplanın təhlillərindən fərqli olaraq Vurğun Əyyubun təhlillərində bir sıra yeniliklər var.

    Romantizm və romantika

    Vurğun Əyyub

    Kitaba müəllifin “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” adlı tədqiqatı, ədəbiyyatımızda romantizm və romantikanın problemlərinə işıq salan müxtəlif illərdə yazılmış məqalələri daxil edilmişdir. Burada toplanan əsərlər sovet dövrü ədəbiyyatşünaslığımızda romantizm və romantikanın taleyi ilə bağlı gedən bəzi mübahisələrə aydınlıq gətirmək, Azərbaycan romantizminin həqiqi qiymətini vermək cəhdi baxımından bu günün ədəbiyyatşünasları, tələbə və doktorantları üçün maraqlı görünə bilər.