Yalçın İslamzadə

Список книг автора Yalçın İslamzadə



    Göydən yerə

    Yalçın İslamzadə

    Azərbaycanda 100 il əvvəl ciddi maarifçilik fəaliyyəti olub, fədakarlıq ediblər, təhqir olunublar, mətbuat, teatr, akademik musiqi yaradıblar, bu gün də eyni proses gedir, amma dəyişikliyin olmamasından şikayətlənirik. Deməli insan xarakterini dəyişmək üçün bunlar bəs etmir. İnsanın dağıdıcı, kortəbii, xurafata meyilli şüuraltı güclərini ancaq normal sosial institutlar vasitəsiylə dəyişə bilərik. Bu gücü qurucu-yaradıcı fəaliyyətə istiqamətləndirməklə. Uşaq bağçasından başlayıb, universitetlərə qədər. Bunun üçün də Qərbin ortaya qoyduğu proqramlar və prinsiplər var, onları öyrənib tətbiq etmək lazımdır. İnsan təbiətən tərəqqi tərəfdarı deyil, əksinə mühafizəkardır. Tərəqqi üçün stimul yaratmaq lazımdır. “Göydən Yerə” kitabında müəllifin müxtəlif illərdə yazmış olduğu 14 məqalə və 3 tərcümə yer alıb. Müstəqillik illərində elmin populyarlaşdırılması mövzusunda yazılmış nadir bir əsər olması etibarilə, oxucular yalçın bəyin timsalında yeni tip Azərbaycan ziyalısıyla tanış olacaqlar.