Bu sənədli povestdə Səməd Vurğunun məşhur “Vaqif” pyesinin ilk tamaşasının tarixçəsindən, onun hansı çətinliklər, hətta qurbanlar bahasına ərsəyə gəlməsindən danışılır.
Bu kitabı oxuyub biləcəksiniz ki, Azərbaycana yeridilən Qırmızı Ordunu «xilaskar» kimi qələmə vermək üçün tarix saxtalaşdırılıb. Əslində bu ordu ölkəmizə dəvətlə, heç bir müqavimətsiz gəlməyib və gül-çiçəklə qarşılanmayıb!
Yüz il, min il əvvəl baş vermiş tarixi hadisələr, ixtiralar, kəşflər haqqında yanlış təsəvvürlərin cəmiyyətdə hökm sürməsi xoşagəlməzdir. Bu kitab həmin xoşagəlməzliyi aradan qaldırmaq üçün yazılıb.
Həyatımızı dəyişən möcüzəvi ixtiraları yaradanların adlarını bəzən heç düz deyə bilmirik. Bu kitabı oxuduqdan sonra belə ixtiraların əsl sahiblərini tanımış olacaqsınız.
İndiyə qədər doğru kimi qəbul etdiyiniz, lakin əslində yanlış və ya mübahisəli olan tarixi faktlar haqqında əsl həqiqətləri öyrənməyə hazırsınızmı? Elə isə bu kitab məhz sizin üçündür.
Героический подвиг нескольких сотен молодых азербайджанских солдат стояли насмерть на пути бронепоездов и десантной группы XI Красной Армии, известен немногим. Эта книга об этом историческом сопротивлении.