Nərmin intihar etdi. Xəbəri səhər tezdən Firəngiz xaladan eşitdim. İnanmadım. O, Nərmini tanımırdı, bəlkə kiminləsə səhv salmışdı. Sonra məhəllə arvadları da danışdılar: – Yuxarıdakı binada bir qız özünü asıb. Bu da balaca dostum: televizorda özünü öldürən qızdan danışırlar. Baxdım. Gözümün yaşını silib heç kimə heç nə demədən Nərminin yaşadığı binaya getdim. Kimdən soruşdum, eynən belə dedilər: – Bir professoru öldürüb. Sonra evin hamamında özünü asıb. Dəfn olunduğu yeri də öyrəndim: anasının yanında…