Bu kitabı quracağı dövlətin təməlini dustaq saxlanılarkən atan, Əmir Teymurun öz varislərinə onunla münasibətdə xüsusilə diqqətli və ehtiyatlı olmağı vəsiyyət etdiyi Qara Yusiflə bağlı gizlinlərə işıq tutur.
Tanınmış tarixçi Əkbər Nəcəfin (1975) qələmə aldığı bu kitabda siz Ağa Məhəmməd şahın həyat yolu barədə yeni və maraqlı faktlarla tanış olacaq, onun şəxsiyyəti barədə diqqətçəkən mülahizələr oxuyacaqsınız.
Amerikalı şair, yazıçı və tarixçi Karl Sendberqin bir-birindən maraqlı faktlarla zəngin olan bu kitabı Avraam Linkoln haqqında ən yaxşı bioqrafik əsər sayılır.
Bu kitabda Hacı Zeynalabdin Tağıyevə, onun şəxsiyyətinə və fəaliyyətinə folklor «həqiqət»lərindən deyil, tarixi mənbələr, arxiv materialları prizmasından nəzər salınıb, görkəmli mesenatın trafaret olmayan həqiqi obrazı yaradılıb.
Böyük dövlət xadimi və ağıllı sərkərdə, yoxsa qəddar istilaçı? Bu sualın cavabını bilmək istəyirsinizsə, sizə təqdim etdiyimiz kitabı sonadək və diqqətlə oxuyun…
Tarixin ilk nəhəng fatehi sayılan Makedoniyalı İsgəndər haqqında hər şeyi bilmək istəyirsiniz? Elə isə bu kitab sizin üçün ən yaxşı bələdçi ola bilər.
Tarixə «Qüdsün xilaskarı» kimi düşən Səlahəddin Əyyubi barədə yazılan ən yaxşı bioqrafik əsərlərdən sayılan bu kitab məlumatların, faktların zənginliyi və sadə, səlis dili ilə birnəfəsə oxunur.
Çarli Çaplini planetin hər yerində uşaqdan böyüyədək hamı tanıyır. Bu kitab isə onun misilsiz şöhrətə uzanan həyat yoluna işıq tutan ən yaxşı bioqrafik əsər sayıla bilər.
Bu kitab dahi alim Albert Eynşteynin elmi və ictimai xadim kimi fəaliyyəti, eləcə də şəxsi həyatı, daxili aləmi ilə bağlı oxucuda heyrət təəccüb doğuran faktlarla zəngindir.
Bu kitabı oxuduqca başa düşürsən ki, İstanbulu fəth edərək «Fateh» ünvanı qazanan II Mehmedi avropalılar əbəs yerə «Böyük türk» adlandırmırdılar…