Название | Uşaqların baharı |
---|---|
Автор произведения | Сеид Азим Ширвани |
Жанр | |
Серия | Uşaq ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Xidmətində olarkən iznsiz oturma. Əziyyət çəkməyindən, ey oğul, məyus olma! Adəm ol, oxumaqdan incimə. “Bir şah öz oğlunu məktəbə göndərdi. Ona bir qızıl lövhə verdi. Lövhənin üstündə yazılmışdı: ”Müəllimin əziyyəti atanın məhəbbətindən yaxşıdır”.
Səy elə ki, valideyn üzünə qayıdan olmayasan. O zaman hər iki aləmdə hörmətsiz olarsan. Ustadına həmişə dua elə, Allahından onun günahlarını bağışlamağı istə. O uşaqlardan olma ki, öz ustadına daim ölüm istərdi.
Şagirdlərin müəllimə kələk gəlmələri
Çox bilikli, xoş dilli, xoş ədalı, incə mənalı sözlər danışan bir müəllim vardı. Nə qədər uşaq oxudardı, məktəbi dopdolu olardı. Uşaqların dərsinə çox diqqət edərdi. Dərs, təlim, məşq, şagirdlərin bir-biri ilə qiraət zamanı yarışması ağlı kamil olmayan uşaqlar üçün çox da bəyənilən hal deyil. Uşaq təbiəti oyuna daha çox meyl edəndir.
Dərsdən bezmiş uşaqlar ustada hiylə qurdular. Səhər vaxtı məktəbə gələn uşaqlardan biri müəllimin üzünə nəzər salıb dedi:
– Ey ustadım, sənə mənim bu canım qurban! Nə səbəbdən bu gül üzün saralıb? Gözünün üstü şişib, elə bil sizə bu gecə soyuq dəyib?
Şagirdlər bir-bir məktəbə gəldikcə mollaya belə müraciət etdiyindən mollanın canına vahimə düşdü. Rəngi xofdan soldu, doğrudan da naxoş oldu. Uşaqlara dedi:
– Ay uşaqlar, mən, həqiqətən, bu gün çox halsız olmuşam. Deyəsən, məndə qızdırma əlaməti var. Ürəyim bulanır, halım çox pisdir. Özümü tez evə yetirim, yatağa girim. Arvad mənə bir çarə eləsin, bəlkə bir halım yaxşılaşar. Bu həftəni sizə möhlət verdim. Halım yaxşılaşsın, yenə təlimə başlarıq. Sizi yetim qoymaram. Gedin səhhətim üçün dua eləyin. Əgər ölsəm, məni tərif eləyin.
Elə ki uşaqlar məktəbdən azad oldular, bir-birinə gözaydınlığı verməyə başladılar. “Ya allah, mollanın ömrünü tez tamam elə!”
Yazıq molla evə üz tutdu, yolda az qalmışdı tələf olsun. Yatağı saldırıb yatdı, gündən-günə zəiflədi. Şagirdlər hər gün gəlib mollanın könlünə düyün vurdular. Bu “tülkü dəstəsi” hər gün mollanın yanına gəlib hiylə ilə ona baxıb ah çəkirdilər. Biri yalandan ağlayar, biri onu qucaqlardı.
Axır ki, mollanı vəhşət tutdu, dünyadan köç etdi.
Sən necə fikirləşirsən? Birini seç!
1. Bir ərəbin Müaviyəyə qonaq olması
Bir xoşsöhbət ərəb Şamda bir gecə ibn-Süfyana qonaq oldu. Süfrəyə quzu kababı gətirdilər. Ərəb şir kimi yeyirdi. Quzunun kəlləsini sındırıb, qabırğasını, əzasını parçaladı. Bunu görən Süfyan oğlu dedi:
– Ey igid qonaq! Bu quzu ilə düşmənliyin var imiş. Görünür ki, ədavətli imişsən. Yəqin ki, bunun atası, ya da qohum-əqrəbası səni buynuzlayıb.
Hazırcavab qonaq dedi:
– Ey əsrin xəlifəsi, sən nəyin xatirinə qovruldun. Yoxsa bunun anası sənə süd verib?
Bu işdən bir saat ötdü. Müaviyə yenə fürsət tapdı, dedi:
– Ey ərəb, loxmanda tük var. Diqqətli ol!
Ərəb loxmanı saldı, sanki dəli oldu. Qəzəbləndi, yeməyib məclisdən çıxıb getdi. İbn Süfyanı biabır etdi.
Əgər bir şəxs sənə qonaq olsa, ona böyük ehtiram göstər. Xidmətində nökər kimi dayan. Nə yemək istəsə, yaxşıdır. Demə ki, bu, çirklidir, o, gözəldir. Ey oğul, süfrədə çörəyin olsa, qonağın tikəsini sayma.
Nağıla aid testlər Şagirdlərin müəllimə kələk gəlmələri
1. Müəllimin keçdiyi dərs hansı uşaqlar üçün maraqlı deyildi?
A) Oxumayan uşaqlara
B) Ağlı kamil olmayan uşaqlara
C) Balaca uşaqlara
2. Uşaqlar niyə öz müəllimlərinə qarşı hiyləyə əl atdılar?
A) Müəllimi sevmədikləri üçün
B) Dərsdən bezdikləri üçün
C) Oyun oyunamaq üçün
3. Müəllim niyə görə vəfat etdi?
A) Xifətdən
B) Zəhərləndiyi üçün
C) Xəstə olduğu üçün
2. Həccac ilə dərvişin söhbəti
Bir duası qəbul olunan dərviş Bağdad şəhərini təşvişə saldı. Hər nə üçün dua etsəydi, tanrı onu qəbul edərdi. Bir gün həccac onu çağırdı və dedi:
– Bir xeyir-dua qıl.
Dərviş əl götürüb dedi:
– Xudabənda, bunun canını al!
Həccac dedi:
– Ey mələk xasiyyətli! Sən tanrı, bu nə bəd duadır ki, sən edirsən?
– Bu həm sənin üçün, həm də bizim üçün ən gözəl duadır. Əgər ölsən, sən günah etməkdən qurtararsan, cahan da sənin zülmündən azad olar. Bu taxt-tac sənin nəyinə gərəkdir ki, hər ehtiyacı olan ayaqlar altında qalıb. Mərdimazarlıq yaman işdir. Belə qalmaqdan ölməyin yaxşıdır.
Ey oğul, Səni təklik bezdirsə, barı həmcinsinlə dostluq elə. Özündən əlaya mail olma, başını qalmaqal və davaya salma. Bunlar ilə çox dostluq etdim, qüssədən başqa hasilim olmadı.
Nuşirəvanın ova getməsi
Nağıl edirlər ki, Nuşirəvan şah bir gözəl ovlağa yollandı. Ov elədilər, kabab etdilər ki, dövranın şahı xoşhal ola.
Bir qulam kəndə qaçdı ki, duz gətirsin. Nuşirəvan dedi:
– Ey qulam, duzu qiymət ilə al ki, onu tövcüyə hesab eləməsinlər. Bu kənd də dağılıb xaraba qalmasın.
Dedilər:
– Ey ulduz məqamlı şah, belə az şeydən nə xələl yetər?
Dedi:
– Zülmün əsası dünyada az olub, ey sadəlövh insanlar. Sonradan kim ki gəldi, artıq etdi, xanimanları xaraba etdilər. Əgər biri bağdan bir alma yesə, rəiyyətin bağı viran qalar. Əgər soltan beş yumurta yesə, qoşunu min toyuq bişirər… Zülmü soltan edəndə, daha kim zülm etməkdən çəkinər? Zülmdən yer üzündə ot bitməz. Padşah əgər ədalətli olmasa, dünya alt-üst olar.
Bir oxucu ilə şagirdlərin əhvalatı
Misirdə