Название | Uşaqlar üçün hekayələr |
---|---|
Автор произведения | Народное творчество |
Жанр | |
Серия | Uşaq ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Quldurlar onun dediyi kimi də eləyirlər. Şahın oğlu heç üç gün keçmir ki, rəngbərəng bir həsir toxuyub qurtarır:
– Alın bu həsiri! İran şahının sarayına aparın, şah bu həsirləri görən kimi sizə bir ovuc dolusu qızıl verəcək, – deyir.
Lotular həsirləri atırlar çiyinlərinə, düz bir başa gəlib çıxırlar şahın hüzuruna. Şah bu həsirin naxışlarına baxan kimi heyran olur. Göndərir həsiri gəlinin yanına. Özü də:
– Bu həsirləri saraya satmağa gətiriblər. Bəyənirsə, xoşuna gələ-cəksə alaq, – deyə xəbər yollayır.
Çoban qızı həsirlərin hər bir hörgüsünü bir-bir gözdən keçirdir. Başa düşür ki, əri ona həmin hörgülərin diliylə gizlin bir xəbər gön-dəribmiş. Bu hörgülərdə şah oğlu haraya qaçırıldığını yazıbmış. Ço-ban qızı yazını oxuyan kimi durmayıb şahın yanına gəlir.
Onu vəziyyətdən hali eləyir.
Şah adamlarını göndərir. Şahın adamları karvansaraya hücum eləyib lotuları tuturlar. Şahın oğlu saraya, çoban qızının yanına qayı-dır. Sevgilisinin ayaqlarına düşüb:
– Əzizim, canım-gözüm mənim, bu gün sağ-salamat olduğuma
görə həyatımı sənə borcluyam, – deyir.
Şah da çoban qızının hərəkətini çox bəyənir və onu məhəbbətlə bağrına basır.
Nağılı danışıb qurtarandan sonra nənəm dedi:
İndi əlində bir sənət olmağın nə demək olduğunu başa düşdün-mü?
– Çox gözəl başa düşdüm, nənəcan! Özümə lazım olan qədər puldan-paradan qazanan kimi bir mişar, bir çəkic, bir də taxta alacağam. Sonra da sənin istədiyin olsun deyə bir masa, ya da bir ki-tab şkafı düzəldəcəyəm.
SÖZLƏR VƏ MƏNA
Bir adam uzaq bir səfərə çıxmağa hazırlaşırmış. Ona görə də evindəki iki çuval dolusu buğdanı qayıdana qədər saxlamaq üçün qonşularına veribmiş. Qonşulardan biri buğda kisəsini evin əldən-ayaqdan uzaq bir küncündə gizlədibmiş. O biri qonşu isə çuvalı açıb şumladığı tarlasına həmin buğdanı toxumluq kimi səpibmiş.
Buğda çuvallarının sahibi həmin adam səfərdən qayıdandan sonra gəlir qonşulardan birinin yanına ki, buğdasını istəsin. Qonşu da möhkəm-möhkəm gizlətdiyi buğda torbasını gətirir verir sahibinə. Çöldən tərtəmiz görünən çuvalın ağzını açanda görür ki, buğdanın bir hissəsi kiflənib xarab olub, qalan yarısını da bit-birə yeyib. Bir sözlə, çuvaldakı buğda tamam yararsız hala düşüb.
Zavallı adam boş çuvalı neyləyəcəkdi ki?! Hirsli-hirsli ordan qayıdır gəlir o biri qonşunun yanına ki, buğda çuvalını ondan alsın. Qonşu isə onun qolundan tutub:
– Hələ bir mənimlə gəl! Sənə buğdalarını göstərim, – deyir.
Adamı özüylə aparır əkin əkilən bir tarlaya. Sarı sünbüllü əkin sahəsini göstərib deyir:
– Bax budur sənin buğdaların. Məndə qalsaydı, çürüyüb tələf
olacaqdı. Ona görə də toxumluq kimi tarlaya səpdim. Məhsul yığılan vaxtı çuvallarla dolu buğda götürəcəyik bu tarladan.
Buğda çuvallarının sahibi olan adam razı halda gülümsəyir:
– Allaha şükürlər olsun! Həqiqi ürfan sahibi olan, dərk eləyən,
anlayan bir dostum varmış. O biri qonşum sözlərin altında yatan mənanı anlaya bilmədi. Zərfi gizlətdi, amma zərfin içərisindəkinə diqqət eləmədi. Bu dostum isə sözlərin dar qəlibi içərisində qalmadı. Sözümün canını anladı. Zərfin içərisindəki məktubu oxudu… Əziz dostum! Yay gəlsin, bu tarlanın məhsulundan iki çuval mənə göndər. Yerdə qalanı da sənin olsun. Sənə verdiyim buğda sözü başa düşməyinin əvəzidir. Çox xahiş eləyirəm, mənim bu istəyimi qəbul eləyəsən.
AĞILLI KƏNDÇİ
Bir padşah özünün əyan-əşrəfi ilə birlikdə gəzib dolaşarkən tarlada cüt sürən bir əkinçi babaya rast gəldi. Adamın canla-başla çalışdığını görən və bundan xoşlanan padşah kəndçini yanına çağırıb onunla danışmaq istəyir. Bir neçə söz soruşduqdan sonra öyrənir ki, heç tarla həmin kəndçinin də deyil, özü də gündə on beş quruş zəh-mət haqqına işləyir. Padşah zəhmət haqqının bu qədər az olmağına heyrət eləyir. Çünki padşahın sarayının bir günlük xərcini ödəmək üçün elə yüzlərlə qızıla ehtiyac vardı. Ona görə də padşah çaşıb qalır. Padşahın çaşqınlıq içində olduğunu görən kəndçi deyir:
– Böyük həvəsləri, şiddətli istəkləri olmayan bir insan üçün bu
pulun özü də çoxdur. Aldığım pulu isə üç yerə ayırıram. Bir hissəsi ilə özüm keçinirəm. Bir hissəsi ilə borcumu ödəyirəm. Qalan üçüncü hissəsini də əlimdə sərmayəm olsun deyə yığıram.
Padşah bir tapmacaya oxşayan bu sözlərdən heç bir şey anlamır. Gülərüzlü dindar kəndçi dediklərini bir-bir belə izah edir:
– Pulumun bir hissəsi ilə borcumu ödəyirəm söyləyərkən demək istədiyim bu idi ki, mənə uşaq olduğum zaman ən böyük şəfqəti göstərən atama və anama pul verirəm. Pulumun əlimdə sərmayəm olsun deyə ayırdığım hissəsi isə övladlarımın təhsilinə, oxumağına xərclədiklərimdir… Ümid eləyirəm ki, mənim də əlim-ayağım tutu-lub yeriyə bilmədiyim vaxt onlar da mənim əlimdən tutacaqlar, mənə yardım göstərəcəklər. Pulumun qalan o biri üçüncü qismini də ki öz ehtiyaclarım üçün xərcləyirəm.
Padşah öz camaatı içərisində belə bir gözəl davranışlı adam gör-məyindən çox razı qalır. Namuslu-vicdanlı bu kəndçinin alnından öpür və onun uşaqlarının bütün təhsil xərclərini öz üzərinə götürür.
Uşaqlar da böyüyüb yetişdikləri zaman atalarının yanından bir an belə olsun ayrılmır, ona hər cür köməklik göstərirlər.
FƏDAKAR QADIN
Həmin il qış olduqca sərt keçmişdi. Hər tərəf buz bağlamışdı. Qəsəbədə yaşayanlar bundan istifadə edib bir az əylənmək, şənlən-mək istədilər. Buz bağlamış gölün üstündə çadırlar qurdular. Qəsəbə-nin yerli camaatı: yaşlı-cavan, kişili-qadınlı hamısı şəhəri tərk edib gölün üstünə toplaşdılar.
Kimisi xizəyə minir, kimisi buzun üzərində sürüşürdü. Çadırlar-dan gur musiqi sədaları və şən qəhqəhələr ətrafa yayılırdı. Gənclər sevinc içində atılıb düşür, yaşlılar da bu əyləncəli və xoş mənzərəni zövqlə seyr eləyirdilər.
Günün batmağına az qalmışdı. Bir azdan təpələrin arxasından gülərüzlü ay yüksəlməyə başlayacaqdı…
Ortalıq getdikcə qızışırdı. Şəhərdə tək bir yaşlı qadın qalmışdı. O, zavallı da neçə vaxtdan bəri xəstə idi, yatağa möhtac olmuşdu. Onun ayaqları işləmirdi. Sahildə yerləşən balaca evinin pəncərəsin-dən buz bağlamış