Название | Uşaqlar üçün hekayələr |
---|---|
Автор произведения | Народное творчество |
Жанр | |
Серия | Uşaq ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn |
UŞAQLAR ÜÇÜN
HEKAYƏLƏR
XOŞBƏXT ADAMIN KÖYNƏYİ
Uzaq ölkələrin birində yaşayan bir padşah var imiş. Bu padşah gecə-gündüz dövlət işlərini fikirləşdiyindən rahatlıq, dincəlmək nə-dir bilməzmiş. Nə gündüz istirahəti varmış, nə də gecə…
Axşam olub yatağına girəndə də, gah o yana dönər, gah bu yana dönər, səhəri diri gözlü açarmış. Belə yaşamaq onu axır bir gün cana doydurur. Vəzir-vəkili başına toplayıb ürəyinin sıxıntısını onlara danışır. Sonra da soruşur ki, bəs indi necə eləsin, nə eləsin…
Vəzirlərin içərisində ən yaşlı və təcrübəli olan biri vardı. Elə o, divandan dikəlib saqqalını tumarladı və üzünü padşaha çevirdi:
– Qibleyi aləm sağ olsun! Hər dərdin bir dərmanı var. Pad-şahımız gecələr səhərəcən rahat yuxuya getsin deyə biz də bir şey fikirləşəcəyik. Mən bunun indilik bir çarəsini bilirəm. Əgər xoşbəxt bir adam tapıb onun əynindəki köynəyi padşahımıza geyindirsək, onda siz artıq rahatlıq içində şirin-şirin yata bilərsiniz, – dedi.
Padşah vəzirin dediyi sözlərə haqq verir. Adamlarını çağırtdırıb onlara tapşırır ki, ölkədə yaşayan ən bəxtiyar adamı tapsınlar və köynəyini də alıb gətirsinlər.
Adamlar yola düşürlər, dağlardan aşır, təpələrdən keçirlər. Varlı bir şəhərə gəlib çıxırlar. Qapı-qapı gəzib dolaşırlar, bu şəhərdə bir xoşbəxt adam axtarırlar. Ancaq kimi tapırlarsa sonradan bəlli olur ki, hamısının bir sıxıntısı var. Ona görə də rastlarına çıxan bu adamların heç birinə xoşbəxt demək olmaz.
Padşahın adamları fikirləşir ki, yox, deyəsən, bu boyda şəhərdə bir dənə də olsun bəxtəvər adam tapa bilməyəcəyik. Bəlkə, kənd yer-lərinə gedək. Orda hər halda xoşbəxt insanlar şəhərdəkilərdən daha çox olar.
Bunu deyib yola rəvan olurlar, qarlı dağlar aşaraq gəlib yaşıllıq-lar içində itən kəndlərdən birinə çatırlar. Kəndi qapı-qapı, ev-ev gəzib dolaşırlar. Ordan da başqa kəndlərə gedirlər. Yoxsul varlı – kimə rast gəlsələr hamısından soruşurlar ki, ən xoşbəxt adam kimdir, hardadır, onu axtarırlar. Ancaq kimə rast olurlarsa hamısının da bir qayğısı, ürəyində özünə görə bir dərdi varmış. Vəzirlər də bundan yaman dilxor olurlar.
Başlarını sallayıb padşahın yanına qayıtmaq qərarına gəlirlər. Bir çayın qırağından keçərkən göy çəmənlikdə otardığı sürüsünün ya-nındaca yerə uzanmış bir çobanla qarşılaşırlar. Çobanın arvadı da elə bu vaxt qucağında körpəsi, əlində də yeyəcək dolu torba ilə gəlib çıxır. Çoban yeməyi böyük iştahla yeyir, sonra isə şirin-şirin arva-dıyla danışır, sevimli balasıyla oynamağa başlayır.
Padşahın adamları heyrət içində qalırlar, çobana yaxınlaşıb on-dan bir dərdi-sıxıntısı olub-olmadığını soruşurlar. Çoban gülümsə-yərək:
– Mənim əzizlərim… Dünya malından heç nəyim yoxdu, amma
yenə də mən xoşbəxtəm, – deyir.
Vəzir-vəkil çobanın bu sözlərindən çox sevinirlər. Sonra da pad-şahın əmrini ona çatdırıb deyirlər ki, əgər geydiyi köynəyi versə, ona bir kisə dolusu qızıl verəcəklər.
Çoban dərdli-dərdli:
– Əzizlərim, sizin arzunuza elə deyən kimi əməl eləməyə hazır
olardım. Mən bir insanın ola biləcəyi qədər xoşbəxtəm. Ancaq inanın ki, sizə verməyə köynəyim yoxdur… Mən köynək geyinmirəm…
Padşahın adamları bu işə kor-peşman olurlar. Köynəyi tapmaq-dan ümidlərini üzdüklərinə görə padşahın yanına qayıdırlar. Xoşbəxt adamın köynəyini uzun-uzadı axtardıqlarını ona danışırlar. Danışır-lar ki, köynəkli adamlar tapdılar, ancaq o adamlar xoşbəxt deyildilər. Axırda bir xoşbəxt adama rast gəldilər, lakin həmin adamın da köy-nəyi yox idi…
Padşah taleyin hökmünə baş əyir. Uzun gecələr boyunca səhərə qədər o yan-bu yana çevrilir, yerinə qor dolubmuş kimi hava işıqlaşa-nacan gözlərinə yuxu getmir…
SƏNƏTİN QİYMƏTİ
Allah yerini behiştlik eləsin, rəhmətlik nənəm bizə həmişə deyər-di ki, adam gərək elə bir iş görsün ki, o işdən başqalarına da bir fayda olsun. Hər süfrə başına oturanda üzünü mənə tutardı:
– Bir insan istər ağacdan olsun, istər dəmirdən olsun, nədən olur-sa olsun, öz əlləri ilə insanlığa faydası dəyəcək bir əsər meydana gətirməlidir. Cavan birisinin alın təri ilə bir peşəyə yiyələnməyindən, bir sənətə sahib olmağından və sonra da insanlar üçün faydalı bir şey yaratmağından da gözəl heç nə yoxdur bu dünyada… De görüm, sənin əlinin belə qabiliyyəti var ya yox? Varsa söylə, biz də bilək… Özün öz əlinlə adicə bir stol, oturacaq, ya bir tabaq, ya da kələ-kötür də olsa bir qəhvə fincanı düzəldə bilərsənmi? Yəni əlindən gələn bir iş varmı?!..
Bunu deyib acıqlı baxışlarla məni süzərdi:
– Bilirəm. Hamı sənə yazıçı deyir, səni qələm əhli bilir. Bəlkə də nə isə cızma-qara eləyib atırsan. Qəbul eləyirəm. Bəlkə də bir yazı-çısan… Gördüyün bütün iş isə evi papiros tüstüsü, siqaret dumanıyla doldurub vaxt öldürməkdir. Məncə, elə bir şey düzəltməlisən ki, bir işə faydası toxunsun. Elə bilirəm ki, bu çox vacibdir. Bax sənə bir əhvalat danışacağam, qulaq as… deyir İran şahının bir oğlu varmış. Ürəyə hökm eləmək olmaz ki… Şahın oğlu yoxsul bir çobanın qızına aşiq olubmuş. Ona görə də atasının hüzuruna gəlib:
– Atacan, mən bir çoban qızını sevirəm. Özü də onunla evlənmək istəyirəm, – deyir.
Atasının qaşları çatılır:
– Heç elə şey olarmı? .. Sən bir şah oğlusan. Sabah mən öləndə yerimə, taxta-taca sən sahib çıxacaqsan. Bir çoban qızı da heç saraya yaraşarmı?
Şahın oğlu bir müddət atasına dil tökür:
Atacan, əziz ata, mən bu qızı sevirəm. Əgər onunla evlənməsəm, özümü öldürəcəyəm.
Atası da oğlunun yalvarışlarına dözə bilmir:
– Yaxşı, bir elçi göndərib qızı istəyim barı, – deyir.
Şah qıza elçilik eləməyə öz vəzirini göndərir. Vəzir qıza deyir ki, şahın oğlu ona aşiq olub, özü də onunla evlənmək istəyir.
Çoban qızı cavabında deyir:
– Yaxşı, bəs şahın oğlu nə iş görür, nə işlə məşğuldur?
Qızın bu cavabından çaşıb qalan vəzır:
– Bu ki şahın oğludur… Nə iş görür demək nədir yəni? İşləmir…
Çoban qızı:
– Yox, şahın oğlu da olsa bir sənət öyrənməlidir. İstəyir şah oğlu olsun, istər başqası mən əlindən heç bir iş gəlməyən birinə ərə get-mərəm…, – deyir.
Vəzir boynu bükülmüş halda geri dönür, şaha qızın dediklərini çatdırır.
Şah da oğlunu çağırtdırıb:
– Bir halda ki, çoban qızını bu dərəcədə çox istəyirsən, ya bir
sənət öyrənəcəksən, ya da o qızı sevmək fikrini başından çıxara-caqsan, – deyir.
Oğlu da:
– Yaxşı, ata, bir halda ki elədir, mən də həsir hörməyi öyrənə-cəyəm, – deyə cavab verir.
Şahın oğlu beləcə yorulmaq bilmədən, aylarla çalışır-vuruşur, başlayır həsir hörməyi öyrənməyə. Getdikcə də öz işinin ustası olur. Bəzəkli-düzəkli həsirlər hörür, gözəl-gözəl rənglər vurur…
Oğlan bu işi əməlli-başlı öyrənəndən sonra yenə də vəziri çoban qızının qapısına elçiliyə göndərirlər. Şahın oğlunun öz əliylə hördüyü həsirləri də vəzir öz yanında götürübmüş. Gəlir çobanın qızına deyir:
– Bax,