Sinifdənxaric oxu. Народное творчество

Читать онлайн.
Название Sinifdənxaric oxu
Автор произведения Народное творчество
Жанр
Серия Uşaq ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

bir vaxta o qızı sənə alaram.

      Sabahısı gün oğlan gedib elçi daşının üstündə oturur. Padşaha xəbər gedir ki, elçi gəlib. Həmin saat adam göndə-rirlər ki, gedin görün, sözü nədi. Oğlan cavab verir ki, pad-şahın qızın qardaşı üçün istəyir.

      Padşah xəbər göndərir ki, mənim imarətim kimi bir imarət tikdirsə, qızımı verərəm. Oğlan qəbul eləyir. Ertəsi gün xalq yuxudan oyananda baxıb görürlər, padşahın evi-nin qabağında bir ev tikilib ki, padşahın evindən min dəfə artıq. Oğlan padşaha xəbər göndərir ki, ev hazırdı. Padşa-hın deyəcək sözü olmayıb, qızı verir. Toy olur, şahzadə qı-zın yanına getmək istəyəndə oğlan deyir:

      – Qardaş, hələ dayan, qoy qabaqca mən gedim, sonra sən!

      Şahzadə qəbul eləyir. Oğlan qızın yanına gəlib onun ağ-zından üfürür. Həmin saat qızın ağzından bir-birinin ar-dınca on bir ilan çıxır. Hər biri çıxdıqca istəyir ki, oğlanı vursun. Amma oğlan zirəklik edib, bir-bir on birini də öldü-rür. Sonra qulağını qızın ağzına qoyub, görür ki, bir ilan da qalıb. Amma onu çıxara bilmir.

      Xülasə, qayıdıb oğlanı qızın yanına göndərir.

      Demə ki, bundan qabaq qızı kimə verirlərmiş, əvvəlinci gecədə ilanın biri çıxıb oğlanı vurub öldürürmüş. Bununla qızı bir neçə ərə veriblər, onları da ilanlar öldürüb. Odu ki, padşah yəqin edibmiş ki, bu oğlan da sabaha salamat çıx-mayacaq.

      Ertəsi gün sübh tezdən padşah bir adam göndərir ki, oğlandan xəbər gətirsin. Gəlib görürlər ki, oğlan sağ-sala-mat oturub qız ilə söhbət edir. Bu xəbəri padşaha aparanda padşah əmr eləyir ki, camaat üç gün şadlıq eləsin.

      Xülasə, bir müddət burada qaldıqdan sonra, şahzadə öz vilayətinə qayıtmaq fikrinə düşür. Padşahdan rüsxət istəyir, çox təkiddən sonra izin alır. Padşah bunlara çoxlu mal, qı-zıl-gümüş, dövlət verib yola salır, əmr eləyir ki, üç mənzil bunları ötürsünlər. Müxtəsər, şahzadə oğlanla əvvəl görüş-dükləri yerə gəlirlər. Burada oğlan şahzadəyə deyir.

      – Qardaş, tay ayrılmalıyıq. Bu mal-dövləti də, qızı da bahəm, gərək qardaşlıqda yarı bölək!

      Şahzadə razı olur. Hər şeyi bölürlər. Ancaq bölünməmiş bir dəvə, bir qatır, bir də padşahın qızı qalır.

      Oğlan deyir:

      – Bunları da yarı bölməliyik.

      Qılıncın çəkib əvvəl dəvəni, sonra qatırı ortadan bölür. Növbə qıza gəldikdə, şahzadə nə qədər yalvarırsa qızı böl-məsin, oğlan razı olmur. Axırda şahzadə təklif eləyir ki, cə-mi dövlət onun olsun, ancaq qız bunun olsun. Oğlan yenə razı olmur. Sonra şahzadə təklif eləyir ki, qızı bütöv götür-sün. Yenə də oğlan razı olmur, qızı götürüb bir ağaca sarı-yıb, qılıncı çəkib qaldırır, istəyir ki, başını üzsün. Qız qorxu-sundan qusur, ağzından axırıncı ilan düşür. Bundan sonra oğlan qılıncı yerə qoyub şahzadəyə deyir:

      – Mənə mal, dövlət, qız lazım deyil. Məqsədim həmin ilanı qızın ağzından çıxartmaq idi. Bu çıxmasaydı, bir gün səni həlak edəcəkdi. İndi bu malı, dövləti, qızı götürüb atanın yanına get! Bir də məlumun olsun ki, mən insan de-yiləm. Həmin ilanam ki, atan yaxşılıq edib başmaq tayında mənə su vermişdi. İndi mən yaxşılığın borcundan çıxdım. Xudahafiz!

      Bunu deyib oğlan ilana çevrilir, bir deşiyə girib, gözdən itir. Bundan sonra şahzadə atasının vilayətinə gəlir. Atası oğlunun gəlmək xəbərini eşidib pişvaza çıxır, onları cəlalla şəhərə gətirir. Təzədən toy başlanır. Onlar yeyib, içib yerə keçir, biz də yeyib, içək dövrə keçək! Göydən üç alma düş-dü, biri mənim, biri nağıl deyənin, biri də qulaq asanın.

      ÖLƏN ƏDALƏT

      (Avropa xalqları ədəbiyyatından)

      

      Bir gün bir ağa atla gəzərkən yolu böyük, həm də çox gözəl əkin yerinin yanından düşür… Bağ yerinin böyüklü-yünü görəndə içərisində bir həsrət duyğusu baş qaldırır. Qapının ağzında dayanan tarla sahibiylə salamlaşdıqdan sonra atdan enir və həmin adama deyir:

      – Dostum, bu əkin yerini mənə satarsanmı? Əlbəttə ki, haqqını artıqlaması ilə ödəyəcəyəm.

      Tarlanın sahibi heç fikirləşmədən cavab verir:

      – Möhtərəm ağam, tarlanı satmaq fikrində deyiləm. Də-dəm-babam bu torpaqda yaşayıb. Mən də öz ömrümü bax, elə bu yerlərdəcə sakitlik içərisində keçirmək istəyirəm. Yox, ağam!.. Tarlamı satmıram… Bunu eləyə bilmərəm… Heç cürə mümkün deyil…

      – Sabah səhərə qədər sənə fikirləşmək üçün vaxt veri-rəm. Bir yaxşı-yaxşı götür-qoy elə. Sabah baxarıq.

      Ağa bunu deyib atını minir və uzaqlaşıb gedir. Evinin qapısı ağzında quruyub qalan kəndli başını bulayaraq:

      – Olmaz! Belə iş olmaz! Əkin bağımı sata bilmərəm! – söyləyir.

      Səhəri gün ertədən qapıya gələn ağa hələ heç atından düşməmiş:

      – Nə qərara gəldin? – soruşur.

      Kəndli:

      – Dünən dediyim kimi… Tarlamı satmıram, – deyir.

      Ağa birdən-birə hiddətlənib özündən çıxır:

      – Səndən bir də soruşuram… Yaxşılıqla deyirəm… Xoş-luqla satırsanmı? Yoxsa necə almaq lazım olduğunu bili-rəm.

      Kəndli başını aşağı sallayıb:

      –Tarlamı satmıram… – deyir.

      Qəzəbindən əsib-coşan ağa vəkilin yanına gedir. Ona bir xeyli pul-para verir və əvəzində kəndlinin əleyhinə iş aç-dırır. Hakimlər isə ağanın çox varlı-dövlətli olduğunu bilir-dilər. Onu da bilirdilər ki, ağa onlara ovuc dolusu pul verə-cək. Onun üçün də ağanın tərəfini saxlayırlar. Vəd eləyirlər ki, kəndlini tovlayıb yola gətirəcəklər.

      Hakimlər kəndlini məhkəməyə çağırırlar. Ondan tarla-sını satıb-satmayacağını soruşurlar. Ancaq kəndli bu dəfə də “yox” deyir. Onda hakimlər deyirlər ki, ağa məhkəməyə şikayət eləyəcək. Kəndli isə iki ayağını bir başmağa dirəyir ki, “yox, tarlamı satmayacağam”…

      Ağaya vəkillik eləyən adam çoxbilmişin, hiyləgərin bi-riymiş. Kəndlini verirlər məhkəməyə. Məhkəmə olur. Yazıq kəndliyə elə bir cəza kəsirlər ki, axırda məcbur qalıb tar-lasını satır. Məhkəməyə olan borclarını ödəyəndən sonra əlində ancaq yüz qızılı qalır. Zavallı kəndli hakimlərə yal-varıb-yaxarandan sonar ona:

      – Ədalət çoxdan ölüb. Sənə heç kimsə kömək eləməz, – deyirlər.

      Aldadılan kəndli gözləri yaş dolu məhkəmədən ayrılır. Şəhərdə yaxından tanıdığı bir keşiş vardı. Gedir onun yanı-na. Başına gələnləri bir-bir nəql eləyir və deyir:

      – İndi əlimdə qalan cəmi-cümlətanı yüz qızıldı. Hamı-sını verirəm sənə. Ədalət öldüyü üçün kilsənin bütün zəng-lərini