İskəndərnamə. Низами Гянджеви

Читать онлайн.
Название İskəndərnamə
Автор произведения Низами Гянджеви
Жанр
Серия Uşaq ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

mətanətli, ürəyi saf, mehriban bir insan idi. Onun sarayında yalnız qızlar xidmət edərmiş. Nüşabə qadın olmasına baxmayaraq, at oynatmaqda, qılınc tutmaqda heç də kişilərdən geri qalmazmış. Buna görə də onun ölkəsində, sarayında hamı ona ehtiram göstərər, hörmət bəslərmiş. Nüşabə gözəl, mehriban olduğu qədər də ağıllı və ədalətli bir hökmdar idi.

      Bir gün şahlar şahı İskəndər Bərdəyə gəlir və buranın cənnətə bənzər gözəlliyinə heyran olur. Gördüyü bu gözəlliklərdən heyrətlənən hökmdar ətrafdakılardan soruşur:

      – Bu gözəl, möhtəşəm, cənnət kimi ölkə kimindir? Burada padşahlıq edən kimdir?

      Ona cavab verirlər:

      – Bu gözəl torpaqların sahibi bir qadındır. O elə bir qadındır ki, gözəllikdə, mərdlikdə, ədalətdə tayı-bərabəri yoxdur. Bu qadın Kəyan nəslindəndir və çox möhtəşəm bir sarayı vardır. O, hər gün öz büllur sarayında əyləşir və gəlinlər, qızlar onun xidmətində dururlar. Bu qadın öz cənnət köşkündə həm ibadətlə məşğul olar, həm də mey ilə, çalğı ilə dolu məclislərdə günlərini keçirər.

      İskəndər bu sözləri eşidib təəccübləndi və bu hökmdar qadını görməyə çox maraq göstərdi.

      Bu vaxt Nüşabəyə xəbər verdilər ki, böyük İskəndər onun ölkəsinə gəlib. O, tez padşahın adına layiq hədiyyələr, ləziz yeməklər, gözəlcə bəslənmiş canlı heyvanlar, növbənöv dadlı meyvələr göndərdi. Nüşabə bu hədiyyələri hər gün göndərməyə davam etdi. Nəhayət, böyük İskəndər qadının bu qədər mərdliyini görüb heyran qaldı və ürəyində onu görmək arzusu daha da artdı. O, ölkədəki bu heyrətləndirici gözəlliyin sirrini öyrənmək üçün öz kimliyini gizləyib və elçi qiyafəsində Nüşabənin sarayına gəldi.

      Xidmətçi qızlar Nüşabəyə xəbər verdi ki, Rum ölkəsindən bir elçi gəlib. Nüşabə hazırlıq gördü və padşahlıq taxtına oturaraq elçinin hüzura gəlməsini əmr etdi. İskəndər elçi kimi qapıdan girdi,amma təzim etmədi. O sarayda gördüklərindən heyrətə gəldi. Hər yerdə hurilər, pərilər gəzişir, qızlar, gəlinlər bir-birindən gözəl, hər yan daş-qaşla bəzənib, bütün saray işıq saçır. Gördüklərinin və gözəl Nüşabənin qarşısında böyük İskəndərin dili tutuldu. Çox ağıllı qadın olan Nüşabə isə İskəndəri tanıdı və onun elçi olmadığını anladı, amma bunu ona bildirmədi. Elçi qiyafəsindəki İskəndər hökmdar İskəndərin adından Nüşabəyə dedi:

      – Mən sənin ölkənə ayaq basmışam. Bəs nə üçün sən mənim hüzuruma gəlmədin? Başımı noğulla, kababla, meyvə, şərabla aldadırsan. Bunlar qəbuldur, amma sən gərək mənə təzim edəsən. Ona görə də səhər tezdən qəbul başlanarkən sən də mənim dərgahıma gələrsən.

      Bütün bunları dinlədikdən sonra Nüşabə cavab verdi:

      – Eşq olsun sənə, ey cəsur padşah. Sən özün özünə elçilik edirsən? Mən səni tanıdım, sən İskəndərsən. Sən məni toruna salmaq istəyirdin, lakin özün mənim toruma düşdün.

      İskəndər özünü ələ verməmək üçün yenə dilləndi:

      – Ey bu taxtın gözəl sahibi, mən İskəndər deyiləm, adi bir elçiyəm. Yəni İskəndər o qədərmi acizdir ki, özünə elçilik etsin?

      Ağıllı, tədbirli Nüşabə cavab verdi:

      – Niyə məni aldatmağa çalışırsan? Əgər sən, həqiqətən, elçi olsaydın, hüzura gələrkən mənə boyun əyərdin. Lakin sən bunu etmədin. Sən bizimlə hökmlə rəftar edirsən və belə rəftar ancaq hökmdarlara məxsusdur.

      İskəndər cavab verdi:

      – Mən İskəndər deyiləm, elçiyəm. Sizinlə hökmlə danışmağımın səbəbi də məni göndərənin belə əmr etməsidir.

      Bu səfər Nüşabə kəskin bir cavab verir:

      – Sənin bu davranışın yersizdir, gəl özünü bu qədər çaşdırma.

      Nüşabə bu sözləri deyərək üstündə İskəndərin şəkli olan ipək parçanı ona göstərir və böyük bir məğrurluqla dilləndi:

      – Bu şəklə diqqətlə bax. Bu sima kimindir? İndi inad etməyin yeri qalırmı?

      İskəndər parça üzərində öz şəklini görüb ağıllı Nüşabəyə cavab verməkdə aciz qaldı. Böyük İskəndər Nüşabənin qarşısında qorxudan saraldı və ikiqat qaldı. Onu böyük bir təlaş aldı və Allaha sığındı. Nüşabə onun bu vəziyyətini görüb dedi:

      – Ey uğurlu, böyük tacidar bunu bil ki, mən qadın olsam da, heç də kişilərdən geri qalmaram, dünyanın hər işi mənə yaxşı bəllidir. Mən sənə şəklini ona görə göstərdim ki, sən də mənim kim olduğumu yaxşı dərk edəsən. Amma indi bil ki, mən sənə hörmət edəcəyəm və səni adına layiq qarşılayacağam.

      Bu sözlər qarşısında pərt olan İskəndər Nüşabənin ağlına, cəsarətinə və mərdliyinə heyran qaldı və heç bir söz deyə bilmədi.

      Bundan sonra Nüşabə İskəndərin şərəfinə süfrə düzəltdirdi. O süfrəyə içində dörd cür ləl-cəvahirat olan xonça qoydurdu.

      Nüşabə dedi:

      – Ey böyük hökmran yeyiniz ən dadlı xuruşlardan.

      İskəndər heyrətlə dedi:

      – Ey sadə dilbər, heç daş-qaş da yeyilərmi?

      Nüşabə gülərək cavab verdi:

      – Madam ki, bunlar yeyilməz onda nə üçün sən daş-qaş üçün dünyanı fəth edirsən, əgər daş-qaş yeyilmirsə, onda nə üçün bunlardan ötrü bu qədər qan tökürsən?

      İskəndər dedi:

      – Ey xanımlar xanımı, doğru söyləyirsən. Eşq olsun belə sağlam fikirli gözələ. Sən mənə mərdliyin yolunu göstərdin. Doğrudan da, sənin adın ucadır.

      Beləliklə, dünyanı fəth edən böyük fatehə Azərbaycan qadını, uzaqgörən və mərd hökmdar olan Nüşabə çox ibrətamiz bir dərs verdi.

      Bundan sonra İskəndər Nüşabəylə əhd-peyman bağlayaraq Bərdəni tərk etdi.

      İSKƏNDƏRİN DƏRBƏND QALASINI ALMASI

      Çox qədim rəvayətlərin birində deyilir ki, böyük İskəndər daim faydalı işlər görər, yaxşı insanlarla ünsiyyət qurar, şahlarla yanaşı məzlumlarla da maraqlanarmış. O, zahidlərə, hikmətli insanlara hörmət edər, onlarla məsləhətləşərmiş. Elə bir vaxt gəlir ki, onun ordusundakı əsgərlər bu işdən inciyir. Onlar İskəndərə deyir:

      – Ey dünyaları sarsıdan hökmran! Sənin zəfər qazanmağının səbəbi sənin ordundur. Bəs niyə sən bizə yox, zahidlərə nəzər salırsan, dara düşəndə bizimlə yox, onlarla məsləhətləşirsən?

      İskəndər bu sözlərə təəssüflənsə də əsgərlərə bir cavab vermir.

      Bu əhvalatdan bir neçə vaxt keçir. İskəndər və ordusu çox yollar aşaraq Dərbəndə gəlib çatırlar. Bu vaxt görürlər ki, burada bir mötəbər qala var. Bu qalada quldurlar məskən salmışdır və yoldan keçəni talan edir, incidirlər.

      İskəndər