Название | Polad necə bərkidi |
---|---|
Автор произведения | Николай Островский |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8451-9-0 |
“İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib, heyfislənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan… Yaşamağa tələsmək lazımdır”
Əsərdəki hadisələr öz aktuallığını itirsə belə, bu onun böyüklüyünə, onun hərarətinə kölgə salmır. Ostrovskinin “Polad necə bərkidi” romanı, həmin əsərlər sırasında öz əzəmətli və mətanətli yerini saxlayır. Polad necə bərkidi uzun müddət sovet tərbiyə əsərlərinin siyahısında yer alıb, nəsillərin tərbiyəsinə xidmət göstərib. Doğrudur, indi üstündən bir xeyli müddət keçib, sovet dövləti dağılıb, formasiya dəyişib, o dövrün anlayışları olan bolşevizm, partiya, komsomol, kommunizm, Lenin, sinfi mübarizə, artıq arxaizmə çevrilib. Ancaq bu əsərin ideyasını, heç vəchlə aşağılamır. Romanın qayəsi ideyaya sadiqlikdən və onun uğrunda mübarizədən keçir.
Roman 1930-34-cü illər ərzində yazılıb. “Polad necə bərkidi” dəfələrə milyon tirajlarla çap edilib, bir neçə dəfə ekranlaşdırılıb.
Polad necə bərkidi avtobioqrafik əsərdir. Amma müəllif əsəri birinci şəxsin dilindən yazmayıb. Əsərin qəhrəmanı Pavel Korçagin, əslində Ostrovskinin özüdür. Ən ağır, qara işdə – ocaqçı köməkçisi işində çalışan bir uşaq gözünü açandan, ancaq əzab, aşağılanma və istismar görür. Ostrovski ehtimal ki, Korçagin adını koçeqar (ocaqçı) sözündən yaradıb.
Ostrovski yazırdı: “Mən, sutkada 13-15 saat işləyirdim. Məni döyürdülər. Məni pis işlədiyimə görə döymürdülər. Mən, vicdanla işləyirdim. Ona görə döyürdülər ki, ağanın istədiyi qədər pul verə bilmirdim. Həmin adamlar humanizmdən danışırdılar, evdə isə Vaqnerə və Bethovenə qulaq asırdılar”.
Ostrovskinin 15 yaşı olanda 1919-cu il idi. Ölkədə vətəndaş müharibəsi gedirdi. Ostrovski bir matrosun təbliğatı sayəsində prosesə qoşulur. Yazıçı əsərdə, həmin matrosu Juxray adı ilə təsvir edib. Romanda göstərilir ki, Pavel qızıl ordu sıralarında vuruşur. Lakin Ostrovski özü, bunu heç vaxt təsdiq etməyib. Belə bir fikir var ki, o “ÇK” sıralarında fəaliyyət göstərib. Daha sonra o komsomola daxil olur, qəza miqyasında aktivistə çevrilir, partiyaya üzv seçilir. Bolşevizmi təbliğ edir, əksinqilabçılarla mübarizə aparır. Döyüşlərdə yaralanır, bir gözünü itirir, bir neçə dəfə xəstələnir, ancaq ideyaya tükənməz inam, mübarizə eşqi onu xəstəliyə baxmayaraq, davam etməyə sövq edir. “Ovod” kitabı Pavelin güc, dözüm və iradə mənbəyi olur.
Xəstəlik onu inqilabi işdən ayırır. O, sıradan çıxdığına görə sarsıntı keçirir. Sıraya qayıtmaq eşqi, onu bir an belə rahat buraxmır. Amma necə? Xəyanət etmiş bədənlə işləmək olmazdı. Depressiyaya girir, özünə sui-qəsd etməyə cəhd edir. Ancaq alınmır. Onu sanatoriyaya göndərirlər. Burada bir qadın – Marta Purin ona özünü ədəbiyyatda sınamağı təklif edir: “Sənin yaxşı nağıl etmək bacarığın var, ədəbi əməklə məşğul ola bilərsən. Xatirələrini kağıza yazmağa çalış”. Kitab yazmaq ideyası yaranır. Lakin bir tərəfədən şiddətlənən xəstəlik, digər tərəfdən yaradıcılıq iztirabı ona əziyyət verir. Ostrovski ciddi və çox sürətli mütaliəyə başlayır. O adi bir oxucunun 20 ilə oxuya biləcəyi kitabları, yarım ilə oxuyub bitirir. Ən çox macəra kitabları sevir. 24 yaşında 1927-ci ildə Ostrovski yataq xəstəsinə çevrilir. Həmin ilin payızında o roman yazmağa başlayır. Bir il sonra gözləri tutulur. Bədbəxtlik yenə ondan əl çəkmir. İlk əlyazması itir. Ancaq o, yenə ümidi itirməyərək yaradıcılıq işini davam etdirir.
“Polad necə bərkidi” romanına 1930-cu ildə başlayır. Əvvəl trafaretlə yazır. Daha sonra diktə etməli olur. Burada biz Ostrovskinin xanımı Rayanı mütləq xatırlamalıyıq. Çünki həmin qadın olmasaydı, bəlkə də Ostrovski heç vaxt romanı yaza bilməyəcəkdi. Roman yazılır, çap edilir, üstündən az bir müddət keçdikdən sonra, Ostrovskinin ünvanına məktub yağış kimi tökülür, Vladivostok, Daşkənd, Fərqanə, Tiflis, Leninqrad, Moskva kimi şəhərlərdən, Ukrayna, Belorusiyadan minlərlə oxucu ona yazır. Kitab Yaponiyada belə nəşr olunur. Ostrovski kitabdan əldə etdiyi qonorarı hesabına, Raisa üçün pianino alır.
Ömrünün sonlarına yaxın Ostrovski deyirdi: “Məni gecə-gündüz tərk etməyən şiddətli ağrılara tab gətirirəm. Ağrı haqda düşünməyi özümə rəva bilsəm, dəli ola bilərəm. Mən bütün fiziki fərəhlərdən məhrum olmuşam. Qida qəbulu mənim üçün işgəncədir. Hiss edirəm ki, sönürəm, nə qədər ki, qəlbimdə böyük atəş var, nə qədər ki, beynim ayıqdı, hər dəqiqəni yaşamağa tələsirəm. Mən həyatımdakı bütün faciələrə – korluğa, hərəkətsizliyə, dözülməz ağrılara qalib gəldim. Mən sıraya qayıtdım…”
“Həyat dözülməz olduğu zamanlar belə, yaşamağı bacar”
Raisa xatirələrində yazır ki, Ostrovski həyatında 3 mərhələ ayırmışdı:
birinci – əldə silah inqilabi mübarizə dövrü,
ikinci – sağlamlığını əlindən alan təbiət ilə mübarizə dövrü,
üçüncü – milyonlarla oxucu qəlbi uğrunda mübarizə dövrü.
Ostrovski ustalıqla zəngin müşahidə qabiliyyətini və xatirlərini birləşdirmiş öz stili və təhkiyə etmək bacarığı ilə yüksək ədəbiyyat nümunəsi – Sovet sivilizasiyası üçün yazılmış əsər yaratmağa nail olmuşdu. Əsərdə həyat dolu bir gəncin, ideya adamının alovlu mübarizəsini görürük.
BİRİNCİ HİSSƏ
Birinci fәsil
– Bayramdan әvvәl dәrsini söylәmәk üçün evә, yanıma һansınız gәlmişdi – qalxsın!
Әynində cübbə, boynunda ağır xaç olan yoğun keşiş təһdidedici nəzərlərlə şagirdlәrinә baxdı.
Xırda, acıqlı gözləri ayağa qalxan altı nәfәrә zillәndi. Ayağa qalxanlardan dördü oğlan, ikisi qız idi. Onlar qorxa-qorxa cübbәli kişiyә baxırdılar.
Keşiş әli ilә, qızlara işarә elәdi:
– Siz oturun.
Qızlar raһat nәfәs alaraq cəld oturdular.
Keşiş Vasili xırda gözlərini dörd nәfәrә zillәdi.
– Balalarım, – dedi, – bir yaxına gәlin!
Keşiş Vasili qalxdı, stulu geriyә itәlәdi vә bir yerә toplaşıb duran uşaqlara yaxınlaşdı.
– Siz yaramazlardan, kim papiros çәkir?
Bu suala dörd uşağın dördü dә yavaşca cavab verdi:
– Keşiş baba, biz papiros çәkmirik.
Keşişin üzü qızardı:
– Әclaflar, çәkmirsiniz, bәs, maxorkanı xamıra kim qatıb? Papiros çәkmirsiniz? Bu saat mәlum olar! Ciblәrinizi çevirin! Tez olun, tez! Sizinlә deyilәmmi? Çevirin!
Uşaqların üçü ciblәrindәkilәri çıxarıb stolun üstünә tökmәyә başladı.
Keşiş, tәnbәki qalıqları tapmaq ümidi ilə uşaqların ciblәrinin tikişlәrini dә diqqәtlә gözdən keçirdi, lakin bir şey tapmayıb dördüncüyә müraciәt etdi. Dördüncü boz köynəkli, göy şalvarının dizlәri yamaqlı, qaragöz bir uşaq idi.
– Bәs, sәn niyә belə һeykәl kimi dayanmısan?
Qaragöz uşaq gizli bir nifrәtlә keşişә baxaraq, yavaşca cavab verdi:
– Mәnim cibim yoxdur, – bunu deyib әllәrini şalvarının yan tikişlәrinә sürtdü.
– Hәәә, cibin yoxdur! Sәn elә bilirsәn ki, mәn bilmirəm xamırı kim xarab edib, bilmirәm bu yaramazlıq kimin işidir?! Elә bilirsәn ki, bundan sonra da mәktәbdә qalacaqsan? Yox, әzizim, bu sәnә ucuz oturmayacaq. Keçәn dәfә anan yalvardı, sәni mәktәbdә saxladıq, indi isә daһa bәsdir. Rәdd ol sinifdәn! – Keşiş uşağın qulağından bәrk