Название | Poeziya ulduzları |
---|---|
Автор произведения | Tanrıverdi Əliyev |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Yer üzündə alimlər çoxdur,
Sayı-hesabı yoxdur.
Alim olmaq istəsən əgər,
Çoxlu elm öyrənəsən gərək.
Alimlər elm öyrənib, alim olub,
Heç kəs durduq yerdə alim olmuyub.
Elm ucaldır həmişə insanı,
İnkişaf etsə, saxlar zamanı.
Liseydə təhsil aldığı zamanlarda gənc şairimizin Şah İsmayıla və onun yaradıcılığına rəğbəti artmışdır. O, Xətayinin həyatını araşdırmağı və şeirlərini təhlil etməyi sevmişdir. O zaman lisey yoldaşları və müəllimləri ilə kitablar oxumuş, araşdırmalar aparmışdır. Şair orda özünə sadiq dostlar tapmışdır. Müəyyən vaxtdan sonra o, dostlarına belə bir şeir həsr etmişdir:
İndiki zamanda var əsil dostlar,
Onlara kürək dayamaq olar.
Sədaqətli dostdur Hüseyn mənə,
Alı da yaxındır bizim Hatəmə.
Ceyhuna Kənandır ən yaxın qardaş,
Bizim uşaqlardır bir-birinə sirdaş.
Mehriban eləsin Allah sonacan,
Ürəkdədir onlar həmişə, hər zaman.
Şeirdən də göründüyü kimi, şair öz dostlarını səmimi qəlbdən çox istəmişdir.
2018-ci ildə İstək liseyi öz fəaliyyətini dayandırdıqdan sonra Tanrıverdi yenidən öz orta məktəbinə qayıdaraq, orada təhsilini davam etdirmişdir. Abituriyent zamanlarında dünya və Azərbaycan ədəbiyyatı ilə dərindən maraqlanan şair əruz vəznini də öyrənməyə çalışmışdır. Gənc şairimizin şeirləri və məqalələri vaxtaşırı “Mədəni İrs” qəzetində nəşr olunmuşdur.
Onu da qeyd edək ki,Tanrıverdi öz şeirlərini “Fateh” təxəllüsü ilə qələmə alır. Mənasını belə izah edir: “Fateh” öz kəlməsi ilə qəlbləri fəth edən anlamındadır”. O, məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Hal-hazırda həmin universitetin I kurs tələbəsidir.
Gənc şairimiz Tanrıverdiyə müvəffəqiyyətlər arzu edirik!
DEYİMLƏR
1. Şah İsmayıl Səfəvi elə bir şahdır ki, o ölkə yıxdığına görə yox, ölkə qurduğuna görə təhqir olunur.
2. Cahil ilə savadsız fərqli-fərqli anlayışlardır. Savadsız odur ki, müəyyən bir elmdən anlayışı yoxdur, ya da az anlayışı vardır və bilmədiyini qəbullanır. Cahil isə heç nədən anlayışı olmaya-olmaya, özünü alim kimi aparır. Belə şəxslər bilmədiklərini boyunlarına almazlar.
3. Şeytan heç vaxt pisliyi pis kimi tanıtmaz. O, pisliyin zahirini insanın nəfsinə uyğun formada bəzədikdən sonra insana tanıdar. Aqil insanlar ilk öncə batini araşdırar, cahil insanlar isə zahiri gözəlliyə aldanar.
4. İnsan maddi varlıq olduğu üçün mücərrəd aləmdəki gələcəyi görə bilmir. Onda bu qənaətə gəlirik ki, ya insan maddi aləmdən mücərrəd aləmə keçsin, ya gələcək mücərrəd aləmdən maddi aləmə keçsin, ya da ki, maddi varlıq olan insan mücərrəd ruhundan istifadə eləsin. Fikrimcə, insanın maddi aləmdən mücərrəd aləmə keçməsi ölməkdir. Gələcəyin maddi aləmə keçməsi indiki zamandır, yəni artıq gələcək sayılmır. Maddi cismdəki mücərrəd ruhdan istifadə etmək də 6-cı hissin oyanması, bəsirət gözünün açılmasıdır.
5. İsti su başqa olur, qaynamış su başqa. İsti su zahirdə qaynamış suya oxşaya bilər, lakin həqiqi qaynamış su deyil. İnsanlar da belədir: boş-boş danışıb, zahirdə özünü aqil insan kimi göstərənlər var. Ancaq onlar əsl batində aqil insan deyillər. Çünki aqil insan az danışır.
6. Biz İslama yəqinliklə iman gətirdik.Yəqinlə yox. Hər kim ki, İslama yəqinlə iman gətiribsə, o şəkk etmiş olur.
7. Etdiyiniz duaların gec qəbul olmasının təqsirkarı Allah deyil, günahlarınızdır.
8. Təqvalı dostu olan şəxs həm bu dünyada, həm də axirət dünyasında heç vaxt zülm çəkməz.
9. Yəqinliyə əsaslanmayan hər bir fikir batildir.
10. İnsan müstəhəb əməlləri ilə öz gələcək müqəddəratını və axirətini kamilləşdirir, günah və bəyənilməyən çirkin əməllərlə isə pisləşdirir.
11. Mən tanıdığım Allah o Allahdır ki, qədimdə radikal bütpərəst olan Misiri indi müsəlman dövlətə döndərdi.
12. Tənqid etməzdən əvvəl tənqid edəcəyiniz insanı və istifadə edəcəyiniz sözləri yaxş-yaxşı düşünün. Əks halda istifadə edəcəyiniz sözlər təhqir, tənqid edəcəyiniz insan qanmaz ola bilər.
13. Ürək ağrısı ilə qəlb ağrısı bir-birindən ayrıdır. Ürək ağrısı bədəni, qəlb ağrısı isə ruhu xəstə edir.
14. Söz elə kəsərli bir şeydir ki, doğru yerində işlənsə, sevənləri qovuşdurar, yanlış yerdə işlənsə, sevənləri bir-birinə düşmən edər.
15. Eşqə əminliklə inanan şəxs ona iman gətirər.
16. İslam dininin özündə bir problem yoxdur. Problem üç şeydədir: bir o dini səhv anlayanda, bir o dini səhv yaşayanda, bir də radikal məzhəblərdə.
17.Toyun yasa döndüyünü görmüşdüm, lakin yasın toya döndüyünü görməmişdim. Onu da əsgərlərimiz yaşatdılar.
18. Sən ol Dəclə, mən Fərat, Şəttül-Ərəbdə qovuşaq.
19. Mərhəmətsiz insanların qəlbləri dar, başları taxtadır.
20. Zalımlarla münasibətim o qədər soyuqdur ki, isti Ekvator ölkələrini dondura bilər.
21. Əcəb hamı Allahdan çox bilir, Qiyamət gəlməmiş onun-bunun inancını, əməlini mühakimə edir.
22. Əruz vəzni ismi-əzəm kimidir: hər kim ki, ondan bir bəhr belə bilsə, möcüzələr yaradar.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.