Название | Oğru müharibələri |
---|---|
Автор произведения | Bəhram Çələbi |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8452-1-0 |
Çar Rusiyası dövründən tanınan avroritetlər inqilabdan sonra valideynlərini itirən baxımsız qalmış uşaq və yeniyetmələrdən ibarət kiçik dəstələr yaradır və onlar günün tələblərinə uyğunlaşaraq kommunalar şəklində fəaliyyət göstərirdilər. Oğurluq və fırıldaqçılıq yolu ilə qazanılan bütün vəsaitin tən yarısı dəstə başçısının cibinə, qalanı isə ümumi fonda gedirdi.
Bu dəstələr kriminalistika tariximizdə mütəşəkkil cinayətkarlığın ilk rüşeymləri sayıla bilər. Bir-birindən əlahiddə iş görən belə dəstələr arasında koordinasiya mövcud olmadığından, onların fəaliyyət müstəvilərinin kəsişməsi çox vaxt qanlı müharibələrə səbəb olurdu.
Cibgirlər arasında ilk “qanuni oğrular” meydana çıxanda onlar “oğru qardaşlığı” ideyasını rəhbər tutduqlarını cinayət aləminin bütün təbəqələrinə bəyan etdilər.
İlkin olaraq özünümüdafiə taktikası kimi yaranan bu ideya cəngavərlik və ədalət anlayışlarından bəhrələndiyindən bütün kriminal aləm tərəfindən bəyənildi. “Qanunu oğrular” vaxt ötdükcə kriminal mühitdə kollektiv və kollegial hakimiyyətə çevrildi. Bu idarəçilik üsulu NKVD rəhbərilyinin diqqətini cəlb etdiyindən, onlar “oğru”ların əli ilə milyonlarla məhbusun əfsanəvi QULAQ-da bütün dünyanı heyran qoyan əzəmətli tikintilərində iş sabitliyinə nail oldular. Bu tikintilərin uğuru bilavasitə həbs düşərgələrindəki sabitlikdən asılı idi.
Artıq həbsxanalarda “qanuni oğru”ların fəaliyyəti hər üç tərəf – həm hökumət, həm cəza cəkənlər, həm də “oğru”ların özləri üçün çox faydalı hesab olunurdu. Hökumət adamları həbs düşərgələrində əmin-amanlıq və bu əmin-amanlıq sayəsində yüksək əmək məhsuldarlığı əldə edir, dustaqlar işləyib yaxşı məvacib alır, “oğru”lar isə onların qazancının bir hissəsini yardım fonduna – obşaka yönəltməklə öz problemlərini aradan qaldırırdılar.
Stalinin ölümündən sonra “qanuni oğru”ların həyatında qara zolaqlar yarandı, təhlükəsizlik orqanları öz keçmiş müttəfiqlərinə qarşı genişmiqyaslı mübürizəyə başladılar. Mübarizə tədbirlərini həyata keçirərkən orqanlar ən iyrənc metodlardan istifadə edir, “suçennıy”, “polskiy” adlandırılan titullarını itirmiş məhbusları ideyaya sadiq oğruların üstünə yönəldirdirdilər. Belələri “qanuni oğruları” həbsxana və zonlarda məhv etməyə can atır, hökumət orqanları isə bu işdə onlara hər cür şərait yaradırdılar.
Dəhşətli cəza mexanizmi yavaş-yavaş öz qara işini görürdü. Xruşşov dövründə cəmiyyətin bütövlükdə liberallaşması həbsxalardakı rejimin daha da sərtləşməsinə səbəb oldu. Brejnevin hakimiyyətə gəlişi ilə başlanan durğunluq dövrü ölkədəki romantizm və demokratikləşmə meyllərini dondurdu. İqtisadiyyatda yaranan problemlər “defisit” anlayışını yenidən leksikona gətirdi və təşəbbüskar, zirək adamlar bu fürsətdən yararlanmağa girişdilər. Baltikyanı respublikalarda və xüsusilə Gürcüstan və Ermənistanda defisit malların istehsalı ilə məşğul olan gizli sexlər yağışdan sonra biən göbələk kimi artmağa başladı. Sexovşiklər, alverçilər, möhtəkirlər ən yuxarı dairələrin korrupsiyaya qurşanmasından sui-istifadə edərək, tez bir zamanda varlanmağa nail oldular, nəzarətsiz pul kütləsi müxtəlif əllərdə cəmləşdi. Çoxlu pul olan yerdə isə kriminal strukturların mütəşəkkilləşməsi qaçılmazdır. O ərəfədəki təxminən on il ərzində hakimiyyətlərini bir növ donduran “qanuni oğrular” birdən-birə sanki qış yuxusundan ayıldılar və sexovşiklərdən bac almağa girişdilər. Adətən sexovşiklər bir avtoritetə bac verməklə öz təhlükəsizliyini təmin edirdilər. Hüquq-mühafizə orqanları da öz paylarını aldıqlarından, gizli sexlərin yaranmasına mane olmur, əksinə belə sexlərə şərik çıxmağa çalışırdılar.
Kriminal pulların tüğyan etdiyi həmin dövrdə bütün SSRİ məkanında cavan, daha qətiyyətli oğru nəsli meydana çıxdı. Bu nəsllin “qanuni oğruları” reketlə yanaşı sifarişli qətlləri də adi bir şey sayırdılar. Monqol, Qorbatıy, Paşa Sirul, Savoska, Rafik Svo və sair kimi oğruların birləşdiyi bu yeni nəsil köhnə oğru qanunlarının böyük bir qisminə sahib çıxdılar. Lakin dövrün tələblərinə uyğun dəyişikliklər də edildi. Pula olan münasibət büsbütün dəyişdi. Artıq pula əl çirki kimi deyil, bütün qapıların açarı kimi baxıldı. Hər şeyin alınıb satıldığı dövrdə pul əhəmiyyətli qüvvəyə mindi. Ən əsası isə 30-50-ci illərdə “qanuni oğru” adına sırf oğrular layiq görülürdüsə, yeni nəsil artıq demək olar ki, əsasən reket və quldurluqla məşğul olanlardan, hətta killerlərdən ibarət idi.
“Müharibələr o zaman qurtarır ki, ya ondan qazananlar yüklərini tutub kənara çəkilirlər, ya da onların özlərini üzə çıxarıb güllələyirlər”.
PİTER BRATVASININ “PAPA”SI
…1992-ci ilin payız günlərinin birində Sankt-Peterburq RUBOP-nun (Mütəşəkkil Cinayətkarlığa Qarşı Regional Mübarizə İdarəsi) əməkdaşları Nevski prospektində keçirdikləri “Zaxvat” əməliyyat tədbirləri nəticəsində çoxsaylı camaat qarşısında bir neçə reketiri “Moskva” vağzalının darvazaları önündə soyuq asfalt üzərinə uzadaraq qollarını “braslet”lə bəzədilər. Yerə uzananlar arasında ağ “Volvo”dan dartılaraq çıxarılan Aleksandr Malışev və Ded Xasan da vardı. Yekəpər serjant asfaltda uzananların birini ayağa qaldıranda mentlərin ”Malış”, dəstə üzvlərinin “Papa” adlandırdıqları Malışevin qoltuq cibindən “Kolt” tapançası yerə düşdü. Bir qədər kənarda dayanmış podpolkovnik rütbəli zabit ildırım sürəti ilə irəli atılaraq silahı götürdü:
– Bu nədir, bratan? – deyərək gözlərini qıydı, istehzalı tərzdə gülümsündü.
– Stvolu gətirib sizin idarəyə təhvil vermək niyyətində idim… – Malışev halını pozmadan etinasızlıqla dilləndi. – Məni tutmaqla məqsədimi gözümdə qoydunuz, yoldaş polkovnik…
– Yenə səhv edirsən, bratok… – zabitin üzünün istehzalı ifadəsini ciddilik bürüdü. – Mən hələ iki ulduz daşıyıram. Doğrudanmı sən on səkkiz il içəridə otursan da, hələ də polkovniklə podpolkovnik arasındakı fərqi bilmirsən?
“Malış” kinayəli təbəssümlə dilləndi:
– Bu əməliyyatdan sonra sizə daha bir ulduz veriləcəyini nəzərdə tutaraq söylədim.
– Deməli, tapançanı təhvil vermək istəyirdin, eləmi? – Podpolkovnikin sifətində yenidən əyri təbəssüm yarandı. – Səhərdən sizin dəstələri otarırıq, bratan. Bu vaxt ərzində sən bir neçə milis bölməsi yanından keçmisən, amma maşından düşməmisən. Restoranda qəlyanaltı edəndə də bu barədə söhbət olmayıb. Bütün danışıqların yazıları bizim diktofondadır, mənim “Malışım”. Əyləş maşına, alibilərini İdarədə ifadə verərkən sadalayarsan. Podelnikin Ded Xasanı başqa taçkada, “Qazik”də aparacaqlar…
Əslində, “Malış” Leninqradda cinayətkar imperiya yaratmışdı və bütün qruplaşmalar onunla hesablaşmalı idilər. Malışevi qruplaşma liderləri öz aralarında “stasionarnıy vojd” adlandırır və hər həftə ona ya “Pulkovskaya” mehmanxanasındakı qəbul otağında, yaxud “Arxipelaq” kimi tanınan “Tozağacı xiyabanı”ndakı ofisində hesabat verirdilər. Xasanla “Malış”ın münasibəti itlə pişik kimi olsa da, etiketə riayət etmək, qəlbində nifrət qaynasa da, rastlasanda gülümsəmək, əl uzatmaq lazım gəlirdi. Ded səbrini basır, dözürdü. Xasanın hamı tərəfindən bəyənilən xüsusiyyətlərindən biri də hirsini, nifrətini içəridə gizlədərək gülümsəməyi bacarmaq qabliyyəti idi. Bunu hələ iyirmi il öncə Yuri Vasilyeviç Alekseyev – “Yura Qorbatıy” onlar peresılkada iki ay xlebnik kimi oturarkən demişdi: “Sən yəhudilər kimi ağıllı, ermənilər qədər hiyləgərsən! Bunların ikisi birləşəndə fenomen alınır. Əzmkarlığın səni kriminal aləmin Olimpinə