Köhlən Nəşriyyatı

Все книги издательства Köhlən Nəşriyyatı


    Xoşbəxtlər arasında yaşamaq

    Яшар Буньяд

    Bu hekayələr toplusunda yer alan bütün hekayələr Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatı ilə təltif olunmuşdur.

    Miqrant

    Яшар Буньяд

    Kitabda Yaşar Bünyadın mütəlif illərdə yazdığı yeddi hekayə toplanıb. "Qoşalülə" hekayəsi "Ədəbi Azadlıq 2014" müsabiqəsində, "General" hekayəsi isə manera.az ədəbiyyat və mədəniyyət portalının 2014-cü ildə keçirtdiyi "Ən yaxşı hekayə" müsabiqəsində mükafata layiq görülüb. Müəllifin ikinci kitabıdır. Bundan qabaq "İblis busəsi" romanı oxuculara təqdim olunub.

    İblis busəsi

    Яшар Буньяд

    Yaşar Bünyadın “İblis busəsi” romanının mövzusu təlatümlü 80-90-cı il hadisələrinə və bu ağır dövrün min cür məhrumiyyətlərlə üzləşmiş talesiz insanlarına həsr olunub. Əsərin qəhrəmanı Rüfət üzləşdiyi əzablara qatlaşa bilməyərək Rusiyaya üz tutur. Yenicə dağılmış SSRİ-nin uçuqları altında qalan Rusiyada vəziyyət bütün possovet respublikalarındakının eynidir – xaos, diktatura, gücün və pulun hakimiyyəti, mənəvi dəyərlərin aşınması, hər şeyin, o cümlədən insan həyatının hərraca qoyulması… Rüfətin həm fiziki cəhətdən güclü olması, həm də genlə və kodla gələn bir sıra insani keyfiyyətləri belə onun bu çirkablar və cinayət çetesinə bulaşmasına mane ola bilmir. Əsər maraqlı hadisələr və gözlənilməz sonluqlarla zəngin olduğundan oxucunu buraxmır.

    Ədəbi həyat

    Vurğun Əyyub

    Vurğun Əyyubun bu kitabda toplanmış məqalələri istər mövzusu, istərsə də məzmunu baxımından yeni və orijinaldır. Hətta mən deyərdim ki, tənqidçinin bir çox yazıları ədəbi prosesə yeni bir üslub gətirdi. “Şeir təhlilləri” və “Hekayə təhlilləri” bölmələrində toplanan araşdırmalar həm forması, həm də məzmunu baxımından yeni idi. Doğrudur, Vurğun Əyyub özü də bu formanı türk ədəbiyyatşünası Mehmet Kaplandan götürdüyünü yazır. Ancaq Azərbaycan ədəbi mühitində bu formanının yeni olmasını heç kim dana bilməz. Özü də Mehmet Kaplanın təhlillərindən fərqli olaraq Vurğun Əyyubun təhlillərində bir sıra yeniliklər var.

    Romantizm və romantika

    Vurğun Əyyub

    Kitaba müəllifin “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” adlı tədqiqatı, ədəbiyyatımızda romantizm və romantikanın problemlərinə işıq salan müxtəlif illərdə yazılmış məqalələri daxil edilmişdir. Burada toplanan əsərlər sovet dövrü ədəbiyyatşünaslığımızda romantizm və romantikanın taleyi ilə bağlı gedən bəzi mübahisələrə aydınlıq gətirmək, Azərbaycan romantizminin həqiqi qiymətini vermək cəhdi baxımından bu günün ədəbiyyatşünasları, tələbə və doktorantları üçün maraqlı görünə bilər.

    Meqrenin qəlyanı

    Жорж Сименон

    Belçika yazıçısı Jorj Simenon detektiv yazarları arasında görkəmli yer tutur. Onun Komissar Meqre silsiləsində yazdığı detektiv roman və hekayələr ilk dəfə 1929-cu ildə işıq üzü görmüşdür. Qısa zamanda uğur qazanan kitabın ardınca eyni qəhrəman silsilə romanlar vasitəsilə oxucularıyla görüşməyə davam etdi. Jorj Simenon “Meqrenin qəlyanı” əsərində öz aydın və sadə üslubu ilə növbəti dəfə ustalığını dilləndirmişdir.

    Dissident sorağında (1956-1986)

    Əli Şamil

    Tarix boyu toplum alışılmış qaydaların dəyişilməsini istəyənləri, fərqli düşünənləri, yenilikçiləri heç də xoş qarşılamamış, əksinə, onları susdurmağa çalışanların, cəzalandıranların tərəfini saxlamışdır. Sovetlər Birliyi dönəmində də belə olmuş, minlərlə insan iqtidarın yanlış siyasətinə etirazını bildirdiyinə görə cəzalandırılmış, haqlarında yanlış bilgilər yayılmış, həqiqət toplumdan gizlədilmişdir. Sovetlər Birliyi çökdükdə arxivlər açılmış, gizlinlər ortaya çıx-mışdır. Varşavada yaradılan KARTA təşkilatı sosializm düşərgəsinin Doğu Avropa ölkələrindəki ictimai-siyasi baxışlarına görə təzyiq və təqibə məruz qalan insanları tanıtmaq məqsədilə “Dissident sözlüyü” ensiklopediyası hazırlamağı planlaşdırımışdır. “Dissident sözlüyü”nə materiallar hazırlamaq məqsədilə keçmiş sosialist respubliklarında və Sovetlər Birliyinin Avropa hissəsindəki respublikalarda işçi qrupları yaradılmışdır. Kitaba “Dissident sözlüyü” Azərbaycan qrupunun hazırladığı və 1956 – 1986-cı illəri əhatə edən məqalələr daxil edilmişdir.

    Colan Türkmanları

    Əli Şamil

    Kitabda Suriyanın Colan bölgəsində (indi bu bölgənin çoxu İsrail işğalı altındadır) yaşayan soydaşlarımızın – Türkmanların taleyindən, onların tarixindən və adət-ənənələrindən söz açılır. Yox edilməkdə olan, ərəbləşdirilməyə məruz qalan Colan Türkmanlarının sayı bəzi qaynaqlara görə, 50-60 min arasındadır. Əslində isə bu gün Suriyada 3,5 milyon Türkman var və onların 1,5 milyonu öz ana dilində danışsa da, 2 milyonu artıq ana dilində danışmağı unutmuşdur. Oxuculara təqdim edilən bu kitabda Suriyanın Colan, Bayır-Bucaq, Hələb və b. bölgələrində yaşayan Türkmanlardan, onların tarixindən söz açılır, yaşadıqları kəndlərin adları göstərilir, folklorlarından və etnoqrafik özəlliklərindən örnəklər verilir, konkret nümunələr əsasında dillərinin söz varlığı Azərbaycan Türkcəsi ilə tutuşdurulub gözdən keçirilir. Kitabdan folklorçularla yanaşı, etnoqraflar, dilçilər, tarixçilər, coğrafiyaçılar da yararlana bilərlər.

    Can yanğısı

    Abdulla bəy Divanbəyoğlu

    “Can yanğısı” romanının da əsas mövzusu qadınların hüquqsuzluğu, faciəli taleyi haqqındadır. Əsərin süjet xətti namusu ləkələndiyi üçün qan töküb doğma yurdundan qaçan Əhmədin gözəl köçəri qızı Ruqiyyə ilə faciəli məhəbbət macərası üzərində qurulub. Əsər xalq danışığına yaxın dildə yazılıb, yazıçı xalq zərbül-məsəllərindən geniş və yerində istifadə edib. Roman ilk dəfə 1910-cu ildə “Həqiqət” qəzetində hissə-hissə, 1913, 1926, 1958 və 1979-cu illərdə isə ayrıca kitab şəklində nəşr olunub.

    Solovkidə gördüklərim

    Ağa oğlu

    Kitaba 1923-1929-cu illərdə siyasi baxışlarına görə həbs edilərək Ağ dənizdəki Solovki adalarına göndərilmiş soydaşlarımızı acı taleyindən bəhs edən xatirələr və bir neçə kiçik qəzet məqaləsi daxil edilmişdir. Şəxsiyyətini müəyyənləşdirə bilmədiyimiz müəllif vətənin və millətin azadlığı yolunda savaşa atılan insanların başına bolşeviklərin açdığı müsibətləri təsvir etməklə adlarını eşitmədiyimiz və ya son illərdə eşitməyə başladığımız qəhrəmanlara sözdən bir abidə qoymuşdur.