Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Seyid Əzim Şirvaninin üççildliyinin birinci cildində şairin qəzəlləri, rübailəri, qoşabeytləri, təkbeytləri, qitələri, tərkibbəndləri, müxəmməsləri, müsəddəsləri və müstəzadları yer almışdır. Bu əsərlər Seyid Əzimin bütün şeirlərini əhatə etmir. Onlar arasından bu günümüz üçün dil baxımından sadə olanlar, məna baxımından aktual və böyük tərbiyəvi əhəmiyyət kəsb edən şeirlər seçilib kitaba daxil edilmişdir.