Kventin Dorvard. Вальтер Скотт

.

Скачать книгу
Читать онлайн

Kventin Dorvard


Год выпуска 0

isbn

Автор произведения Вальтер Скотт

Жанр

Серия

Издательство Аудиокитаб ООО


Romanda gənc, cürətli və sədaqətli şotlandiyalı Kventin Dorvardın qazanc və dolanışıq dalınca Fransaya səfər edərkən başına gələn macəralardan danışılır. Kventin istəmədiyi halda, məcburən öz vətənini tərk etməli olur. Çünki o dövrdə Avropa ölkələrinin hər birində tez-tez qanlı ara müharibələri baş verirdi. Belə müharibələrdən birində onun bütün ailəsi həlak olmuşdur. Kventinin özü də ölümdən təsadüfən qurtula bilmişdir. Anası düşmənlərə yalvara-yalvara, onu ağır yaralanmış halda, bu şərtlə xilas edə bilmişdir ki, Kventin ömrünü monastırda başa vuracaqdır. Düşmənlər Kventinin cismani oldürməmişlər. Lakin düşmənləri Dorvardlar nəslinin davam etməməsi üçün Kventini monastırda yerləşdirib ömürlük rahibliyə məhkum etmişlər. Lakin rahiblik həyatı bu gənc oğlanın ürəyincə olmadığından o, Şotlandiyadan qaçır. Kventinin öz qüvvəsinə inamından və sədaqətlə özünə bir parça çörək qazanmaq arzusundan başqa heç nəyi yoxdur. Lakin o, zadəgandır, o zamankı zadəgan adət və inamlarına görə, onun üçün sənətkarlıq və ya kəndli kimi dinc zəhmətlə yaşamaq mümkün deyildir. Ara müharibələri və yoxsulluq ucbatından öz ana yurdlarından qovulmuş olan bir çox gənc şotlandiyalılar kimi, Kventin də fransız kralı XI Lüdovikin Şotlandiya qvardiyasının muzdlu əsgəri olur. Onun dayısı qoca cəngavər də çoxdan vətənini tərk edib həmin bu qvardiyada xidmət edir…