Geriyə baxma qoca . Ильяс Эфендиев

.

Скачать книгу
Читать онлайн

Geriyə baxma qoca


Год выпуска 0

isbn

Автор произведения Ильяс Эфендиев

Жанр

Серия

Издательство Аудиокитаб ООО


İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Füzuli rayonunun Saracıq kəndində tanınmış və hörmətli tacir ailəsində anadan olub. Bu gün İlyas Əfəndiyevin 108 illiyidir. Avtobioqrafiq əsər hesab olunan «„Geriyə baxma qoca“» romanı İlyas Əfəndiyevin altıncı, sonuncu romanıdır. Yazıçı bu romanı 1980-ci ildə altmış altı yaşında yazıb bitirib. Romanda hadisələr XX əsrin əvvəllərində, xüsusən, Qarabağda baş verən dövrü hadisələrlə zəngindir. Yazıçı öz nəsil şəcərəsini çözələyərək ordan xeyli bitkin və zəngin məlumatlar araşdırıb üzə çıxarmışdır. Axıcı dil ilə yazılmış əsər birinci şəxsin – Muradın dilindən nəql olunur. Əslində isə Murad elə yazıçının prototipidir. Artıq cümlələrin olmadığı, bayağılıqdan və şişirtmədən uzaq olan bu gözəl nəsr nümunəsi oxucuda müsbət hisslər yaradır. Onu keçmişini, əcdadlarını, onların dünənini araşdırmağa vadar edir. Əsər Qarabağın dillərə dastan təbiətini, güzəranını, arandan yaylağa, yaylaqdan arana köç edən həyatını göz önünə gətirir. Müəllif o dövrdəki bəylərin, xanların, onların ailə üzvlərinin yaşayışını heç nədən çəkinmədən pisiylə, yaxşısıyla qələmə alıb. Əsərdə anası bəy, atası isə tacir nəslindən olan Muradın uşaqlıq illəri yaxşı, varlı güzərana düşmüşdür. Lakin buna baxmayaraq, o, heç vaxt varlı həyat tərzinə, kübar yaşayışa can atmır. Murad o dövrdə bir çox haqsızlıqların şahidi olur. Babasının rəhmətə getmiş qardaşı uşaqlarını qapısında nökər işlətməkdən tutmuş, onların dul qalmış analarının gecəylə bir çobana qoşulub qaçmasına qədər nəql edən əsər çox kövrək və kədərli sətirlərlə zəngindir. Məhz bu səbəbdəndir ki, yazıçı ahıl yaşında qələmə aldığı əsərə «„Geriyə baxma qoca“» adını verib. Kitabın ilk səhifələrində müəllif bu adın səbəbini belə açıqlayır: ""Hətta indi, yəni yaşlı vaxtımda dönüb keçmişə baxmaq istəyəndə elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: «„Geriyə baxma, qoca!“». Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli olduğunu bilirəm, ancaq yenə də ona təkrar-təkrar tamaşa etmək, nəyi isə anlamaq istəyirəm. "" İnsan isə elə bir varlıqdır ki, keçmişdə nə qədər ağrı-acı ilə üzləşə belə həmişə geriyə boylanmağa can atır. Çünki hər bir insanın keçmişi onun özünəməxsusdur. Gələcəyinizi yaxşı görə bilmək üçün isə tez-tez keçmişinizə boylanın. Lap qoca olsanız da. Necə ki, İlyas Əfəndiyev altmış altı yaşında bunu bacarmışdı.