Heyvanıstan. Джордж Оруэлл

.

Скачать книгу
Читать онлайн

Heyvanıstan


Год выпуска 0

isbn

Автор произведения Джордж Оруэлл

Жанр

Серия

Издательство Аудиокитаб ООО


“Heyvanıstan” ( ing. Animal Farm ) əsəri solçu şəxsiyyəti ilə tanınan ingilis yazıçı Corc Oruellin ( əsil adı Erik Artur Bler ) gəlmiş-keşmiş ən yaxşı əsərlərindən biri hesa olunur. Müəllif tərəfindən siyasət üzərinə yaxşı bir qara mizah qatılaraq oxuculara təqdim olunan əsər, həqiqətən də hər bir oxucunun kitab rəfində öz yerini tutmağa layiqdir. Corc Oruellin “Heyvanıstan“ əsərini qələmə almaqda məqsədi siyasətin həqiqi üzünü sevimli heyvanlar üzərindən, hər kəsin başa düşəcəyi bir dildə başa salmaqdır. Bir çox ölkələrdə qadağan olunmuş, İngiltərə və Amerikada isə qadağan olunmağa çalışılmış, bəzən isə mövzusu dəyişdirilərək oxuculara çatdırılmışdır. Bütün bunlara baxmayaraq əsər öz həqiqi mövzusunu qoruyub saxlaya bilmiş və bir çox insanın siyasətçilərə olan münasibətini dəyişdirməyi bacarmışdır.“Heyvanıstan” həqiqətən də qüsursuz işlənmiş bir hekayəni özündə əks etdirir. Xüsusi ilə heyvanların seçimi Corc Oruellin incə zəkasının mükəmməl bir nümunəsidir. Hər bir oxucu əsəri oxuduqca hansı heyvanın niyə seçildiyini daha yaxşı başa düşür. Kitabın yazılmasında digər bir məqsəd isə Stalinin hakimiyyətinə bir mesaj kimi göndərmək olmuşdur. Bu səbəbdən əsərdə olan heyvan xarakterləri, müəllif tərəfindən Stalinin dövründəki şəxslərə bənzədilmişdir. Fermada yaşayan heyvanların tək istəkləri yaxşı davranış görməkdir. Lkin borc batağında həyat sürən heyvanların sahibi alkaqola aludə olmuş və bu səbəblə də heyvanlara qarşı yaxşı davranış sərgiləməz, dahası tez-tez içərək onlara yemək veməyi belə unudar. Bundan sonra üsyan etməyə qərar verən heyvanlar Qoca Rəis ləqəbli donuzun vasitəsi ilə üsyan çıxarmağı bacarırlar. Lakin planları həyata keçməmiş yaşlı donuz dünyasını dəyişir və heyvanlar lidersiz qalırlar. Bir gün yenə ac qaldıqlarında daha səbr göstərmirlər və yenə üsyan qaldırırlar. Fermadaki bütün insanlara hücum edərək onların qorxub qaçmaqlarına səbəb olurlar. Beləcə fermadaki hakimiyyəti ələ keçirən heyvanlar lider olaraq qoca donuzun yaxını olan Napaleon ləqəbli donuzu seçirlər. İlk olaraq yaşlı donuzun vəsiyyətinə uyğun olaraq özlərinə yeni bir qanunvericilik yaradırlar. Əsla insanlar kimi olmayacaqlarına və başqa bir heyvan öldürməyəcəklərinə, insanların yaşadıqları yerlərdə yaşamayacaqlarına və onlar kimi geyinməyəcəklərinə qərar veririlər. İlk əvvəllər hər şey öz qaydasında gedir və aralarında böldükləri bərabər iş bölgüsü ilə fermanı mükəmməl bir şəkildə idarə edirlər. Snowball donuz oxumağı öyrənir və bu bacarığı digər eyvanlara da öyrədir. Napaleon heyvanların içində düşünən birisinin olduğunu görərək liderliyini itirməkdən qorxur və getdikcə öz kinini azaldır. Gücünü qorumaq üçün bala itləri polis kimi böyüdərək himayəsi altına alır. Gücü əlinə keçiridiyi zaman isə ilk olaraq Snowballu xain elan edərək fermadan kənarlaşdırır. Napaleon, başçı olmağın rahatlığını sona kimi yaşamaq istəyərək bir zamanlar fermadan qorxudub qovduqları insanlar ilə razılığa gəlir və fermadan istədiyi məhsulları onlara sataraq liderliyini davam etdirir. Fermada işlər kifayət qədər pisə gedir və artıq heyvanlar bu vəziyyətdən narahat olurlar. Fermada qalmaq istəməyən bir qrup heyvan qaçaraq canlarını qurtarırlar. Pis idarəçilik nəticəsində ferma artıq iflasa uğrayır. Fermanın sahibləri dəyişdikdən sonra isə qaçan heyvanlar ümidlə geri dönməyə başlayırlar. Tək istəkləri isə fermaya sahiblənən insanların onlarla yaxşı davranmasıdır.