Kitabda Tamerlan İsmayılzadənin hekayə və sevginamələri toplanıb.
“Günlük həyatımızda o qədər maraqlı şey olur ki, onların fərqinə belə varmırıq. Əslində, o qədər diqqət yetirilməli, o qədər haqqında yazılmalı şeylər var ki! Ətrafımda olan hadisələri, keçirdiyim hisləri içimdə saxlaya bilməzdim. Və bunları cümlələrə tökərək, özümü bunu oxuyan gözlərlə bölüşmək məcburiyyətində hiss edirdim. Çünki siz içimdən süzülüb gələn cümlələri oxuduqca mən rahatlanıb, xoşbəxt oluram.”