Sərdar Amin

Список книг автора Sərdar Amin



    Qaratoyuq nəğməsi

    Sərdar Amin

    Bu roman yəhudilər üçündür; bu roman müsəlmanlar, xristianlar, buddistlər üçündür. Bu roman həm də ateistlər və din haqqında düşünməyənlər üçündür. Bu roman insan üçündür. Saqqal saxlamışıqsa, bircə günlük qırxaq saqqalımızı. Bığımız varsa, onu da qırxaq. Başımızda papaq varsa, çıxaraq, örpək varsa, açaq. Boynumuza halqa keçirmişiksə, bir anlıq çıxaraq onları da. Əlimizdə təsbeh varsa, onu da qoyaq kənara. Xaç asmışıqsa, çıxaraq. Telimizdə quş lələyi varsa, buraxaq küləyə. Baxın, hamımız insana oxşayırıq, bir insana.

    Su sərgisi

    Sərdar Amin

    Ölümünə bir ay qaldığını öyrənən gənc türkəçarəçi qocadan xəstəliyini gizlədir. Bu yalandan xəbər tutan müdrik isə gəncə artıq sağaldığını deyərək yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edəcəkmi? Bəs təbiət – o hər an insanla vəhdətdə deyilmi? Bunun üçün sıradan bir addım kənara çıxıb köks ötürmək yetərmiş… Səma, ölüm, qadın, su… Yer-göylə əlləşən gəncin bulanlıq mübarizəsi. ""Su Sərgisi"" Sərdar Aminin ikinci romanıdır.