Açarya Balkrişna

Список книг автора Açarya Balkrişna



    Uşaqlar üçün Yoqa

    Açarya Balkrişna

    Siz “Yoqa ilə böyü” kitabındakı şəkillər və qısa maraqlı hekayələr vasitəsilə Yoqa və onun tətbiq edilməsi ilə bağlı məlumatları əyləncəli şəkildə öyrənəcəksiniz. Yoqa zamanı istifadə olunan bədən duruşları olduqca asan və sadədir. Sadəcə olaraq özümüzü ağaclar, heyvanlar və quşlar kimi hiss edib onlara bənzətməliyik. Yoqa etmək bizi sağlam və dərrakəli etməklə yanaşı, eyni zamanda xəstələnməyə də qoymur. Biz eyni zamanda müxtəlif əl konfiqurasiyaları da öyrənəcəyik. Əlbəttə, biz sizə həm də əylənə biləcəyiniz Yoqa oyunlarını da izah edəcəyik. Siz həm də “nə yemək gərək” adlı şeiri də öyrənəcəksiniz. Əlavə olaraq isə düzgün nəfəs alma və Yoqa qaçışı, günəş şüası altında doğru isinmə hərəkətləri, yerimə və oturma zamanı düzgün qamət duruşları haqqında da sizə məlumat verəcəyik. Bu kitab vasitəsilə siz ən sadə və yararlı yoqa hərəkətləri vasitəsilə bədəninizi daim gümrah, sağlam və enerjili saxlayacaqsınız. Gəlin birgə Yoqanı öyrənək və başqalarına da öyrədək!