Bu il Türk dünyasının tanınmış şairi, fikir adamı Rüstəm Behrudinin 65 yaşı tamam olur. Yubiley ili ilə əlaqədar olaraq nəşr olunan bu kitabda müəllifin həm yeni şeirləri, həm də müxtəlif illərdə qələmə aldığı poetik nümunələrdən seçmələr, eləcə də bir sıra sənət adamlarının, ictimai şəxslərin Rüstəm Behrudinin həyat və yaradıcılığı haqqında fikirləri əks olunub.
Bu kitabda türkdilli poeziyanın görkəmli nümayəndəsi Rüstəm Behrudinin müxtəlif illərdə qələmə aldığı Türkçülük və Turançılıq məfkurəsindən qaynaqlanan şeirləri yer alıb.
Sibirdə ovçu bir yakut ilə ucsuz-bucaqsız çöldə heyvan bəsləyən bir qazax, Urmici yaxınlığında bir kənddə bir əkinçi ilə İstanbullu bir tüccar, bir Hun savaşçısı ilə VIII əsrdə Monqolustanda bir karvançı, XV əsrdə Azərbaycanda olan bir sufi, hurifi ilə, XVI əsrdə Avropada savaşan bir Osmanlı paşası, çağdaş Altaylardakı bir şamanla kommunist şair H.Hikmət arasındakı bağın adı nədi görəsən? İki min ildən çox zaman içində qopub tükənməyən bu bağın şaman dualarına bürüdüyüm bircə adı var – TURAN. TURAN – Tilsimi biziynən açılacaq bir ölkə. TURAN – Ruhu sözlərimdə çırpınan bir məmləkət! Yol gedirəm mən dəli, Bu yol dəli, mən dəli. Bu nə yoldu əvvəli Və sonrası içində.
Kitabda toplanan şeirlər əslində Tanrıya oxunan dualardır – dörd şairin qırx duası. Bu dualardan hansı Tanrıy çatacaq, hansı göy üzündə itib-batacaq, bunu bir Tanrı bilir. Hər halda, bu şeirlər duadır. Tanrıya yetsə də, yetməsə də. Əziz oxucu, ruhunun qapısını döyən bu dualar səni ovudacaqmı, kədərləndirəcəkmi, bu sənin işindir. Ancaq Ruhunun qapısını taybatay aç bu dualara, Tanrıya gedən yolun qısaldı bəlkə....