ADƏM (Nizami Hüseynov)

Список книг автора ADƏM (Nizami Hüseynov)



    Şərqdə 101 İxtira və Kəşf

    ADƏM (Nizami Hüseynov)

    Lap qədim zamanlardan fərqli həyat sahələrində Şərq-Qərb qarşıdurması müxtəlif səviyyələrdə özünü göstərib, ən yaxşı halda qarşılıqlı yararlanmalarla nəticələnib. Yan-yana inkişaf edən hər iki sivilizasiya kultroloji məsələlərdən tutmuş elm sahələrinədək bir-birini üstələməyə, o cümlədən, ictimai-siyasi baxışlarda rəqabətə meyilli olub. İndinin özündə də çoxu elə düşünür ki, Qərb həmişə Şərqdən praqmatist davranıb. Hərçənd, Şərqin qədim tarixinə baxanda həyata, yaşama, mədəniyyətə nizamlanmış praqmatizmi görmək üçün kifayət qədər fakta rast gəlirsən. Bir çox sahələrdə (həm elmi, həm də kultroloji) ilkə imza atmış Şərq sivilizasiyasının həmişə yaşam üçün öz dəst-xətti olub və zaman-zaman Qərblə uzlaşmayan dünya görüşü ortaya qoyub. “Hədəf Nəşrləri""nin təqdim etdiyi “Şərqdə 101” layihəsi 10 cild kitabdan ibarətdir. Məqsədimiz həm Azərbaycan oxucusuna, həm də Azərbaycan dilini bilən əcnəbi vətəndaşlara böyük və qədim Şərqin müxtəlif sahələrdə yetişdiyi uğurları göstərmək, ta qədimdən bu günümüzə qədər xeyli ilkə imza atmış nailiyyətlərini xronika şəklində təqdim etməkdir. Ümid edirik, bu layihədən indiyədək bildiklərinizlə yanaşı, bilmədiyiniz onlarca məlumat öyrənəcək və beləliklə, dünya görüşünüzdə qədim Şərqin əzəməti açıq-aydın faktlarla möhkəmlənəcək.

    Promotey əfsanəsi

    ADƏM (Nizami Hüseynov)

    Hər kəsin “kaş ki”ləri olur. Kimində az, kimində bütün həyatı boyu. “Prometey əfsanəsi” bir “kaş” romanıdır – arzuların çin olmadığı, bir millətin alovunun necə söndürüldüyünü ifadə edən roman. Romanda hadisələrin böyük hissəsi XX əsrdə cərəyan edir. Burada Azərbaycan xalqının məruz qaldığı əsarət, respublika quruculuğu, müstəqil olmaqdan müstəqilliyin bərpasına qədər davam edən keşməkeşli dövr təsvir edilir. Əsər Azərin timsalında Azərbaycanın taleyini göstərir. “Prometey əfsanəsi” həm də eksperimental romandır. Romanda XX əsr Azərbaycan ədəbiyyatının da izlərini aydın görmək olar. Pastişdən sıx istifadə romanı bu ədəbiyyatın bir parçasına çevirir.