Elxan Elatlı

Список книг автора Elxan Elatlı



    Susan qadın

    Elxan Elatlı

    Elxan Elatlının “Susan qadın” psixoloji-detektiv romanı ər xəyanətinə uğramış və bu səbəbdən qüruru əzilmiş Əsmər adlı gənc bir qadının keçirdiyi qısa, eyni zamanda olduqca iztirablı həyatından bəhs edir. Mürəkkəb sevgi və ailə münasibətlərinə ustalıqla toxunulan əsərdə bir çox oxucunun özünü tapacağına əminik. “Susan qadın” romanının əsas süjeti bir cinayətin axtarışı üzərində qurulub. Lakin bu cinayət necə bir cinayətdir, buna oxucu özü cavab verəcək. Hər halda ölümlə nəticələnmiş ağır bir cinayət var və təqsirkar axtarılır. Romanın ikinci əsas qəhrəmanı yazıçının əvvəlki bir çox romanlarından tanıdığınız istefada olan polis polkovniki, məşhur cinayət-axtarış eksperti Qanbay Qasımlıdır. Oxucular əsərdə onun apardığı maraqlı təhqiqatla bərabər şəxsi həyatında baş vermiş bəzi kədərli yeniliklərlə də tanış ola biləcəklər.

    Xəstə ruhlar

    Elxan Elatlı

    Bu mahalda baş verən faciələrin kökü 150 il əvvələ gedir. Rus pristavı o zaman nəsil şəcərəsinin bir ucu Səfəvilərə gedib çıxan Turkərənli Qaraxan ağanın barlı-bəhərli torpaqlarına bir erməni ailəsini köçürür. Özünü məzlum göstərən Karapet az sonra əsl niyyətini gercəkləşdirməyə, bu torpaqlara yiyələnmək üçün plan qurmağa başlayır. O, 14 yaşlı gözəl qızını min hiylə ilə Qaraxan ağanın oğlu Əbdül bəyin yatağına salmağa nail olur. Erməni qızı türk bəyindən hamilə qalır. Xan qızı olan halal arvadından hələ övladı olmayan Əbdül bəy ermənilərin pristava şikayət edəcəyindən qorxub uşağa yiyə durur. Onun əvvəlcə erməni qızından, sonra isə türk arvadından iki oğlu doğulur. Karapetin çuğulluğu və xəyanətləri uzə çıxanda Qaraxan ağa bu ailəni mahaldan qovur, erməni qızından olan Cəmil adlı nəvəsini isə özundə saxlayır. Amma bu uşaq hər halda erməni südü əmmişdi. O, sonralar ana qohumlarını Qaraxan ağanın yurduna gətirib burada yerləşdirəcək, törəmələri 1918-ci il soyqırımında ermənilərin tərəfini tutacaq, mahalda ta indiyədək bir-birinin ardınca qanlı cinayətlər baş verəcəkdi.