Hüseynqulu Sarabski

Список книг автора Hüseynqulu Sarabski



    Hürrəm

    Hüseynqulu Sarabski

    Köhnə Bakı

    Hüseynqulu Sarabski

    "Köhnə Bakı" əsəri XIX əsrin sonu-XX əsrin əvvəllərinin Bakısına həsr olunmuşdur. Bu əsərin hansı məqsədlə yazıldığını müəllif özü belə izah edir: "…Mən yarım əsrlik həyatımda bir çox hadisələrin şahidi olmuşam. İstər ata-babalarımızın adət və ənənələrində, istərsə də mənim müşahidələrimdə bir çox xarakterik cəhətlr vardır ki, həmin cəhətlər bugünkü gəncliyimiz üçün maraqsız deyildir… Buna görə də «Köhnə Bakı» adlandırdığım bu əsərdə keçmiş Bakının adətlərini, məşğələ və oyunlarını, tiplərini, «qəhrəmanlarını» yazıçı qələmi olmayan qələmimlə təsvir etməyə çalışmışam”. Heç şübhəsiz ki, sovet dövrünün ideoloji təsirləri əsərdə, xüsusilə də son abzaslarda özünü büruzə verir. Əsərin 1938-ci ildə, yəni Stalin repressyalarının tüğyan etdiyi bir dövrdə yazıldığını nəzərə alsaq, bu tamamilə təbiidir. Bu nöqsanlara baxmayaraq, bütövlükdə «Köhnə Bakı» xalqımızın zəngin etnoqrafiyasını öyrənmək baxımından çox qiymətli bir mənbədir.

    Köhnə Bakı

    Hüseynqulu Sarabski

    “Xatirə Ədəbiyyatı” silsiləsinin 49-cu kitabı olan “Köhnə Bakı”da Azərbaycanın opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, xalq artisti (1932), Azərbaycanın professional musiqi teatrının banilərindən biri Hüseynqulu Sarabskinin (20 mart 1879, Bakı–2 fevral 1945, Bakı) inqilabaqədərki Bakı haqqında xatirələri verilib. XIX əsrin sonu–XX əsrin əvvəllərində xurafata yuvarlanan digər bölgələr kimi paytaxt Bakı şəhəri də xalqı zülmü altında saxlayan fırıldaqçı din xadimlərinin, çar qulluqçularının, şəhər qoçularının və digər feodal ünsürlərin yazılmamış qanunları ilə idarə olunurdu. Daim təqib və təhqir edilən maarifpərvər, ziyalı insanlarsa bu cəhalətlə mübarizə aparmaqda aciz idi. “Köhnə Bakı” kitabında, əsasən, o vaxtkı adət-ənənə və oyunlar haqda geniş məlumat əks olunub.