Азиз Несин

Список книг автора Азиз Несин


    Она тарбияси. 5-9-синф

    Азиз Несин

    Mashhur turk yozuvchisi Aziz Nesinning asarlari o'zbek kitobxonlariga yaxshi tanish.Ushbu kitobdan uning «G'aroyib bolalar» romani va bir-biridan mazmunli hikoyalari o'rin olgan.Roman avval sinfdosh bo'lgan, keyin biri boshqa shaharga ko'chib ketgan o'n yoshli Zaynab va Ahmadning bir-biriga yozishmalari asosiga qurilgan.Yosh bola nigohi orqali kattalarning nojo'ya xatti-harakatlari, o'zaro munosabatlaridagi yolg'on, munofiqlik, soxtaliklarga qanchalik haqqoniy baho berishi, ich-ichidan ularga qarshi isyon kotarishi hayotiy voqealar asosida ifoda etiladi.Aziz Nesinning e'tiboringizga havola etilayotgan to'plamdan o'rin olgan hajvga, chuqur falsafiy mazmunga yo'g'rilgan hikoyalari ham o'quvchilar tarbiyasiga, dunyoqarashiga faqat ijobiy ta'sir etishi bilan o'ziga xos.

    Taxtalıköydən məktublar

    Азиз Несин

    Türk ədəbiyyatının ən böyük satira ustalarından Əziz Nesin həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin və axıcı dili ilə oxucular ürəyinə yol tapa bilmişdir. Düşünmək istəyi olmayanları belə, bəzi məslələr haqqında fikirləşməyə məcbur edən Əziz Nesin yaradıcılığının bir başlıca xüsusiyyəti də məhz hər nəsildən olan oxuculara xitab edə bilmək qabiliyyətidir. Müəllif “Taxtalıköydən məktublar”da məmləkətindəki bir sıra ictimai və siyasi məsələlərə toxunur. Xüsusilə öz ölkəsində səhiyyə xidmətinin yarıtmaz vəziyyətini ölmüş eşşəyin dili ilə öldürücü gülüşlərlə ifşa edir.

    İndiki uşaqlar möcüzədir

    Азиз Несин

    Türk ədəbiyyatının ən böyük satira ustalarından Əziz Nesin həyatı boyunca heç bir çətinliyə baxmadan yazıb-yaratmış, şirin və axıcı dili ilə oxucular ürəyinə yol tapa bilmişdir. Düşünmək istəyi olmayanları belə, bəzi məslələr haqqında fikirləşməyə məcbur edən Əziz Nesin yaradıcılığının bir başlıca xüsusiyyəti də məhz hər nəsildən olan oxuculara xitab edə bilmək qabiliyyətidir. Bu romanda da böyük satira ustası uşaqların gözü ilə böyüklərin necə göründüyünü oxucuya çatdırır. Bu romanda uşaqlar valideynlərini, müəllimlərini və böyüklərini tənqid edir. Roman iki turk uşağın, Əhməd və Zeynəbin məktublaşmasindan ibarətdir. Əvvəllər İstanbulda eyni sinifdə oxumuş bu iki uşağın yolları, Zeynəbin atasının işi ucbatından ayrılmalı olur . Zeynəbgil atasının Ankarada yeni girdiyi işinə gorə Ankaraya köçməli olurlar. Ancaq ayrılarkən bir-birinə söz verirlər ki, tez-tez məktublaşacaq, xəbərləşəcək, biri-birlərinə məktəbdə baş verənləri danışacaqlar. Elə də edir bu iki vəfalı dost. Həqiqətən də biri-birlərinə mütəmadi olaraq məktublar yazaraq məktəbdə baş verənləri danışırlar.

    Vətən borcu

    Азиз Несин

    Damda dəli var

    Азиз Несин

    Kitabda türk satirik ədəbiyyatının ustad yazıçısı Əziz Nesinin yaradıcılığının müxtəlif vaxtlarında yazdığı iyirmidən çox hekayəsi və dördhissəli “Bir tuluatçının xatirələri” yer alıb. Dövrünün problemlərini ciddi şəkildə işıqlandıran bu hekayələr sırasına “Damda dəli var”, “Avtomobil döyüşü”, “Zarafatcıl adamlar”, “Alın təri”, “Qaz sobası”, “Bizim binanın sahibi”, “Şaxta baba həbs edildi”, “Əsəbi adam” və başqaları aiddir.

    Bir sürgünün xatirələri

    Азиз Несин

    Kitabda beynəlxlaq mükafatlar laureatı, ötən əsrin müqtədir satirik ədibi Əziz Nesinin müxtəlif illərdə yaratdığı mətbu əsərləri toplanmışdır. “Bir sürgün xatirələri” silsiləsi müəllifin şəxsən başına gələn müsibətlərin və məşəqqətlərin bədii-yumoristik ifadəsidir. Oxucular bu kitabda böyük yazıçının çoxşaxəli yeni yaradıcılıq məziyyətləri ilə tanış olacaqlar.

    Belə gəlmiş, belə getməz

    Азиз Несин

    Təqdim etdiyimiz Əziz Nesinin “Belə gəlmiş, belə getməz” kitabı “Xatirə ədəbiyyatı” seriyasından 20-ci kitabdır. Bioqrafiya Əli Nesinin “Basdırılmışı axtaran adam” (“Nesin Nəşr”, 2012) adlı kitabından götürülüb. Kitabda bu maraqlı türk yazıçısının həyat tarixçəsi ilə yaxından tanış olacaq, yaradıcılığı ilə bağlı əhəmiyyətli faktları öyrənə biləcəksiniz.