Əbdürrəhim bəy Haqverdiyevin zəngin yaradıcılığından yeniyetmə və gənclər üçün seçilmiş bu əsərlər toplusunda onun ən yaxşı dram əsərlərinə yer verilib. Bəy ailəsində dünyaya göz açmış görkəmli pedaqoqun əsərləri həm müəllimlər, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Əbdürrəhim bəy Haqverdiyevin bu mirasının qədrini bilin!
Əbdürrəhim bəy Haqverdiyevin zəngin yaradıcılığından yeniyetmə və gənclər üçün seçilmiş bu əsərlər toplusunda onun ən yaxşı hekayələrinə yer verilib. Bəy ailəsində dünyaya göz açmış görkəmli pedaqoqun əsərləri həm müəllimlər, həm də şagirdlər üçün dəyərli mirasdır. Hörmətli müəllimlər, əziz məktəblilər və tələbələr, Əbdürrəhim bəy Haqverdiyevin bu mirasının qədrini bilin!
Şeyx Şəbanı siz tanıyırsınızmı? – Xeyr! – Heyf, sədd heyf. Mən haman о Şeyx Şəbanı deyirəm кi, yоlun qırağındaкı məhəllə məscidinin qabağında əyləşib pinəçiliк edirdi. Yağış yağanda sel gətirən кöhnə başmaqları, çustları, çəкmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı.
XIX əsrin sonlarında – XX əsrin əvvəllərində yaşayıb-yaratmış və ədəbiyyatımızı «Xortdanın cəhənnəm məktubları», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Pəri cadu» kimi dərin məzmunlu əsərlərlə zənginləşdirən Əbdürrəhim bəy Haqverdiyevin ustalıqla qələmə aldığı bədii sənət nümunələrindən biri də «Mirzə Səfər» hekayəsidir. Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir.
Kitaba Ə.Haqverdiyevin (1870 – 1933) bədii nəsrindən seçmələr və fərqli xarakterli üç dram əsəri daxil edilmişdir. Bəzi ifadələrin asan başa düşülməsi üçün təqribən 600 sözdən ibarət lüğət tərtib edilmişdir. Lüğət dilimizdə az-az işlədilən, ərəb, fars, rus tərkibli və təhrif edimiş söz və söz birləşmələrinin tərcümə, bəzən isə izahını verir.
Bu kitaba görkəmli mütəfəkkirimiz Əbdürrəhim bəy Haqverdiyevin zəngin ədəbi irsindən seçmələr toplanıb. Cəmiyyətdəki naqislliklərə özünəməxsus istehza ilə yazılmış bu hekayələr birnəfəsə oxunur.