GurÜn. Muğanna İsa

Читать онлайн.
Название GurÜn
Автор произведения Muğanna İsa
Жанр
Серия Milli ədəbiyyat
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

type="note">[2]

      Min yüz yetmiş beşinci ilin payızında “Əxi” lər – AğEylər Nizamiyə xəbər verdilər ki, Atabəy Cahan Pəhləvan, Atabəy Sultan Şəmsəddin Eldənizin iradəsinin ziddinə, Səlcuq səltənəti ilə Xilafəti barışdırmaq niyyətilə AğEy icmalarını dağıtmaq fıkrinə düşüb, Həmədandan gəlib Həmdünyanın yaxınhğında düşərgə salıb ki, səhər tezdən icmalara və bəlkə hətta Nizami təkyəsinə hücum etsin.

      ”Təkyə” nə deməkdir, ey Təhriflərim?

      Bilmirsiniz.

      Şərh-izah yaz, Muğanna: Ehtiyac olanda mötərizədə şərh yaz ki, ölü sözlər dirilib idrak-sızlarımın zülmət beyinlərini işıqlandırsın.

      (Şərh: “Təkyə” sözünün əsli – OdƏrcəsi: “TəkEy. Uca tək insan deməkdir. SafAğ Elminin batın-gizhn olduğu zülmət dövrlərində SafAğ Alimləri “Yer”də – EyƏrdə tək-tək gizlənirdilər. Təhrif Xilafət öz “Şeyx” lərinə “Təkyə” – ev bağışlayırdı. Səlcuq sultanları isə “Təkyə”nin mənasını və Şeyxlərin “ƏsSəfa” – SafAğ Elmi ilə İslam dininin əslini – türkcəsini yaydıqlarını bildiklərinə görə “Təkyə” sahiblərinə “iqtə” – AğOd (SafAğ həqiqəti) əraziləri də bağışlayırdılar. Nizami belə bir ərazinin hakimi olsa da, babası Şeyx Müəyyədə bağışlanmış Təkyədə “Şeyx” rütbəsi altında gizlənirdi).

      Hücum xəbərini eşidəndə kimlərlə, nə vaxt, necə atlandığını, düşərgədə atdan düşüb Atabəyin ça-dırına necə girdiyini bilmədi.

      Atabəy Cahan Pəhləvan təxt-xabda gözü açıq uzanmışdı.

      Nizamini başının üzərində görüb diksindi.

      – Şeyx?!

      Nizami çırağı gətirib taxtın yanına qoydu, əlindəki kitabı hirslə Atabəyin üstünə atdı.

      – Səksən birinci səhifəni aç, oxu!

      Cahan Pəhləvan əvvəlcə diksinsə de, nə bu gəlişdən təəccübləndi, nə də bu rəftardan. Kitabın cildini qaldırıb “Məxzənül əsrar” sözlərini oxuyanda isə təəccüblənməyə bilmədi.

      – Gecə yarıda “Əsrar” oxutdurursan?!

      Nizami:

      – Aç!

      Cahan Pəhləvan heyrətdən tutulub, doğma qardaş qədər doğma Nizaminin tutqun, dərin gözlərindəki müəmmanı heç cür anlaya bilməyib, istər-istəm əzözü də sərtləşdi.

      – Hökmdaram mən, Şeyx. Sənin iqtən cəmi Türk ərazilərini təhdi-himayəsində saxlayan sultanımızdan kənarda deyil. Mənim hüzurumda bu qədər hökmlü olma. Əgər səfərimin sirrinə vaqifsənsə, əyləş, danışaq. Vaqif deyilsənsə, yenə danışaq. Sənin bu “Məxzənül əsrar”ını hər ikimizin və Qızıl Arslanın müəllimi Atabəy Şəmsəddin dəfatla oxutdurub mənə, beytbəbeyt, sətir-bə-sətir şərh edib. Elmimizin xəzinəsidir bu “Sirlər xəzinəsi”, sən isə bu xəzinənin sahibisən.

      Sənə və bu xəzinəyə müxalif iş tutmaram mən, İlyas.

      Nizami:

      – Müəllimimiz AtaBəy Şəmsəddinin dərsini unutmusan sən, Cahan Pəhləvan! Bir hədis danışım, dinlə.

      İsa peyğəmbər dünyanı gəzirmiş. Bir bazarda it leşi görüb, ayaq saxlayıb. Hamı tüpürürmüş it leşinə: “Qoxu basıb dünyanı!” İsa deyib: “Siz onun dişinə baxın”. Vəssalam. Budur hədis. Əlindəki kitabda yazıhb. “Beytbəbeyt, sətirbəsətir şərh edilib”. Aç xəzinəmin sirrini. Nə deyir Nizami?

      Cahan Pəhləvan:

      – Bu hədisi atam AtaBəy mənə lap körpə çağımda danışıb, İlyas. “Məxzənül əsrar”ın yazılmağından min yüz qırx bir il əvvəl EySarın YeruSəlimə getdiyi gün baş verib bu hadisə. Sonralar Elmimizin ən məşhur rəmzinə çevrilib. “İt Leşi” bəşəriyyətimizdir. Beyinsiz bəşəriyyətimiz ölüdür. Leşdir, iy verir. Bu iy verən bəşəriyyətin yalnız ağzında dişi səlamətdir.

      Nizami:

      – İnsan körpəlikdə eşitdiyini unutmur, Pəhləvanım. Çünki beyni SafAğ İşıqla dolu olur. Yaşa dolub, məkr və məhəbbət dünyasında məkrli Xəlifənin qız nəvəsi İnanc Xatunla evlənəndən sonra ise, beynində məkr SafAğ İşığı yeyir. “Sirlər xəzinəsi” nin sirrini aça bilmədin, AtaBəy!

      Cahan pəhləvan:

      – Doğrudanmı unutmuşam atamın şərhini?!

      Nizami:

      – EySar otuz dörd yaşında gedib YeruSəlimə. Mənim otuz dörd yaşım var. Xəlifə nəvəsi ilə evlənməmişəm. Beynimdə SafAğ İşığı məkr yeməyib. Sən isə lap kamil məkr mücəssəməsinə çevrilmisən, Pəhləvanımız. Məkr mücəssəməsi Xəlifə Müstədbillahın nəvəsi İnanc Xatun barəsində eyhamını niyə sərfnəzər edirsən?!

      Cahan Pəhləvan güldü.

      – Sən məndən də məkrlisən, Şeyx. Dedim, səfərimin sirrinə vaqifsənsə, əyləş, danışaq, vaqif deyilsənsə, yenə danışaq. Hökmdar təklifı hamı üçün hökmdür. Hətta AtaBəy təxtinin dayağı dayın Xoca Ömər də mənim xasiyyətimin tündlüyünü bildiyinə görə rəiyyət kimi baş əyir hüzurumda. Yəni dərk edir ki, belə olmalıdır. Başqa cür olsa, vəzirimiz Xoca Ömərlə bahəm Səlcuq səltənəti vəzirlərinin hərəsi bir hökmdara çevrilər, məmləkətdə hərcmərclik düşər. Məkr mücəssəməsi Xəlifə Müstədbillahın nəvəsi İnanc Xatunla mən zahirdə dinə söykənmək, batində SafAğ Elmini qorumaq üçün evlənmişəm. Hüzurumda belə şəstlə dayanıb hökmdara çevrilmə, İlyas!

      Nizami:

      – Xalis hökmdar kimi danışırsan, AtaBəy.

      Cahan Pəhləvan heç nə anlamadı.

      – Bəs necə danışmalıyam?!

      Nizami:

      – Qul kimi danışmalısan!

      Cahan Pəhləvan:

      – Şeyx! AtaBəyəm mən!

      Nizami:

      – AtaBəylər nəslən Elmimizin qullarıdırlar. Elmin qulu kimi danış, Elm hökmdarı Nizami qulun olsun.

      Cahan Pəhləvan səbirsizləşdi.

      – Nə istəyirsən, Şeyx?! Əmr et quluna!

      Nizami:

      – İt leşinin ağzındakı diş nə rəngdədir?

      Cahan Pəhləvan bu dəfə dərhal anladı:

      – Xatırladım atamın şərhini! Ağdır dişin rəngi. SafAğ! Bəşəriyyət ölüdür, iy verir, SafAğ Elmi isə heç vaxt ölmür.

      Mən sənin iqtən Həmdünyanda Əxi icmalarını dağıtmalıyam, Şeyx. Əxilərin evlərini yandırmalıyam. Gəncədən Abxasa[3] qədər bütün Həmdünyandan qızıl axır sənin Təkyənə. Mən dağıdım, yandırım, sən tikdir. Xəlifə mənə Sultanhq versin, səni mürtəd[4] elan etsin.

      AtaBəy Məhəmməd Cahan Pəhləvan zahirdə Müstədbillaha qul olsun, batində SafAğ Elminə. Başqa cür mümkündürsə, de, Şeyx. Qılıncımızın əsiri Şirürəkli Riçard Müstədbillahın üzünə deyib: Xilafət xristianhqdan gizlin işləmir, yəni müttəfıqdirlər! Belə bir məkr müqabilində mən necə məkrsiz qahm?!

      Nizami köksünü ötürdü.

      – Sən Həmdünyanın batinlikdən çıxıb həqiqi adı ilə – HəmOdÜn adlandığını görməyəcəksən, Ata-Bəy.

      Cahan Pəhləvan:

      – Niyə?!

      Nizami:

      – Vəliəhdlərin də görməyəcəklər.

      Cahan Pəhləvan:

      – Açıq



<p>3</p>

Abxaziya-İndiki Gürcüstan ərazisi, daha doğrusu, Kaxetiya da, qədim OdƏr məkanı kimi, Səlcuq səltənətinə daxil idi.

<p>4</p>

Dindən xaric