Название | Xatirələr |
---|---|
Автор произведения | Mirzə Rza Xan İrəvani |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-256-620-8 |
1
MİRZƏ RZA XAN İRƏVANİ,
ONUN “FİRUZƏ”Sİ VƏ “ALMAZ”I
Tiflisin D.Çonkadze küçəsinin 11 saylı ünvanında (keçmişdə İ.Qudoviç küçəsində) kiçik, qəşəng bir ev yerləşir. “İran konsulunun evi”, “Almaz sarayı” adlanan bu ev, göründüyü kimi, artıq ev deyil, sadəcə
ondan nəsə qalıb. Buna baxmayaraq o, yaddaşda İran konsulu Rza xanın adı ilə bağlıdır. Əvvəllər İran konsulluğu olan bu evdə konsul Mirzə Rza xan yaşayıb. Ev XIX əsrdə inşa olunub. Lap başdan bu ev Tiflisə işləməyə gələn alman mühəndisə məxsus olub. Sonra ondan İranın Gürcüstandakı konsulu Mirzə
Rza xan İrəvani alıb. Gürcüstana əlahiddə şəkildə gətirilən azərbaycanlı ustalar tərəfindən yerinə
yetirilən işlər nəticəsində ev şərq simasını alıb. Salonun qapısında və evin fasadında fars yazıları, İran rəmzləri əks olunub. Hazırda salondan başqa binanın yalnız bir otağında xətər yetirilmədən tavanın nadir naxışları qorunub, saxlanılıb. Bəzədilmiş keramikada təsvir olunan heç bir peyzaj və güllər toplusu təkrar olunmur. Tiflisdə tavanın bu cür naxışları başqa yerdə bizə heç rast gəlmir.
Borjomidə soydaşlarımızdan da istirahət edənlər və yaxud onun “Firuzə” adını eşidənlər çoxdur.
Mirzə Rza xanın istirahət evi şəhərdən kənar olub. Kiçik həyat yoldaşının şərəfinə bu evi tikdirib. Onlar burada vadinin nağılvari mənzərəsində istirahət edirmişlər. Tiflis memarlığından kəskin şəkildə
fərqlənən, İran üsulunda firuzə rəngli, qəşəng naxışlarla bəzənmiş binanın fasadı bura gələnlərin diqqətini həmişə cəlb edib. Eyvanın içərisi – divarlar və tavan gözəl güzgü kimi parlaq naxışlar ilə
bəzədilib. Hər iki ev İran konsulunun evi adlanır, hər iki binanın divarında asılan kiçik lövhədə “Mirzə
Rza xan” sözləri yazılıb.
İran konsulu Mirzə Rza xan Borjomidə Asiya üsulunda, tavanı da firuzə daşlarından bəzədilən
“Firuzə” adlanan binanı inşa etdirib. “Firuzə” mehmanxana binası 1892-ci ildə İran səfirliyi nümayəndəsinin sifarişi ilə inşa olunub. Asiya mavritan memarlıq üsullu tikilinin bədii memarlıq dəyərini fars, Avropa və gürcü incəsənətinin sintezini müəyyən edir və Gürcüstanın dünyəvi təyinatlı tikililəri arasında fərqli yer tutur. Bina fars mülki memarlığına xarakterik olan dekorativ naxışlarla bəzədilib. Gil, əhəng naxışlarla, güzgü inkrustasiyası ilə rəngli şüşələr ilə, ağac vitrajlar ilə və naxışlı ağac parçaları ilə bəzədilib ki, buna da Gürcüstanda nadir hallarda rast gəlmək olur. Təkrarsız dekorasiyalar iranlı ustalar tərəfindən yaradılıb və onlar yalnız gürcü deyil, eləcə də fars mədəni irsi baxımından xüsusilə dəyərlidir. Onu da qeyd etmək yerinə düşər ki, Mirzə Rza xanının bu yaylaq evinin tikintisində
işləyən məşhur usta azərbaycanlı Hasanın oğlu Yusifin həyatı faciə ilə sona yetir. Tikinti zamanı aldatma yolu ilə təcili onu Tiflisə çağırırlar. Burada ondan nəsə bir sirr öyrənmək istəyən ağ dərviş tərəfindən atasının evində anası Ulduz xanımla birlikdə qətlə yetirilir. Bu hadisə barədə babasının XIX əsrin sonlarında Tiflisə gəldiyi və burada evlənərək qaldığı Belçika yazıçısı Teqyül Mari özünün “Qafqaz detektivi, XIX əsr” silsiləsindən üçüncü “Ağ, qırmızı, qara” adlı romanında nəql edir. Sonrakı illərdə
burada sanatoriya açılıb, elə onun yaxınlığında ikinci korpus da inşa olunub. 1990-cı illərdən isə
sanatoriya öz funksiyasını itirib və yalınz nadir adibə statusunu qoruyub saxlayır.
Bir az da Mirzə Rza xan barədə danışmaq yerinə düşər. İran ordusunun generalı, diplomat, ictimai-siyasi xadim, əslən türk olan Mirzə Rza xan İrəvani, Daneş 1853-cü ildə Təbrizdə anadan olub. İran təəbəsi, əslən irəvanlı idi. Onun İran generalı, həmçinin səfir olmuş oğlu Ərfəüddövlə Həsən xan 1895-ci ildə Tiflisdə anadan olub, İsveçrədə, Parisdə, Monakoda özəl məktəblərdə təhsil alıb. İran ordusunda hərbi xidmətə başlayıb. O, general rütbəsinə qədər yüksələrək atlı dəstənin komandanı olub.
Azərbaycanda, Kürdüstanda, Lorestanda baş verən qiyamları yatırıb, Pəvləvi rejimi dönəmində səfir olub.
Mirzə Rza xan ilk təhsilini atasından alıb, sonra Tiflisə gələrək burada İran dövlətinin baş konsulu, həmyerlisi Mirzə Mahmud xanın köməkçisi kimi qulluq edib. O, 1883-cü ildə artıq səfirlikdə baş
konsulun birinci müavini vəzifəsini icra etməyə başlayıb. Rza xan sonralar Peterburq, İstanbul və İsveçdə
konsul müavini, baş konsul və səfir təyin edilib. İranın Birləşmiş Millətlər Təşkilatında rəsmi nümayəndəsi olub. 1933-cü ildə Mirzə Rza xan Sülh sahəsində Nobel mükafatına təqdim olunub. Onun ictimai xadim kimi formalaşmasında Mirzə Mahmud xanın böyük rolu olub. Tiflisdə işləyərkən rus dilni 2
öyrənməyə başlayıb, ona mükəmməl yiyələnib. Xidmətçilikdən konsulun tərcüməçisi, bir qədər sonra konsulun birinci müavini vəzifəsinə qədər yüksəlib. Mirzə Rza xan özünə ləqəb götürərək “Daneş” kimi məşhurlaşıb. Həyat yoldaşı Lyüdmila Servis Böyük Britaniya diplomatının qızı olub, kökü rus zadəganları olan Demidovlara çatırmış.
Mirzə Rza xan Daneş Tiflisdə çalışarkən Mahmud xanın təklifi, vəliəhd Müzəffərəddin Mirzənin fərmanı ilə adyutant təyin olunur. 1886-cı ildə Xorosanda ruslarla ərazi məsələsinin həlli zamanı İran tərəfdən Süleyman xan Avşar və ona tərcüməçisi təyin olunmuş Mirzə Rza xan iştrak edir.
Mirzə Rza xan Xorasandan 1886-cı ildə qayıdır və Nəsrəddin şahın baş adyutantı vəzifəsinə təyin olunur. Sonralar xarici işlər nazirliyi Nəsrəddin şahın icazəsi ilə Mirzə Rza xanı Peterburqa tərcüməçi və
katib vəzifəsini icra etməyə göndərir. Bacarıq və səriştəsi nəzərə alınan Mirzə Rza xan bir sıra xarici ölkədə mühüm vəzifələrə təyin olunur. Nəhayət, Mirzə Rza xan 1889-cu ildə Tiflisdə baş konsul təyin edilir və bu vəzifəni 1895-ci ilədək icra dir. 1895-ci ildən isə o, Mirzə Mahmud xanın əvəzinə İranın Rusiyada səlahiyyətili nümayəndəsi vəzifəsinə təyin olunur, həmin ildə ərfəüddövlə (dövlətin yüksək adamı) ləqəbinə layiq görülür. Mirzə Rza xan Rusiya dövləti ilə yanaşı, İsveç və Norveçdə də İranın səlahiyyətli nümayəndəsi olur.
Mirzə Rza xan fəal ictimai xadim kimi İranı bir sıra xarici dövlətlərdə təmsil edib. 1901-ci ildə
İstanbul səfirliyinə təyin edilib, işgüzar və bacarıqlı diplomat kimi öz işlərini burada da uğurla davam etdirib. O, 1910-cu ildə işdən azad edildikdən sonra Monakoya gedərək özünə qəsrə bənzəyən ev tikdirib, orada yaşamağa başlayıb. Həmin evə “Daneşgah” (Daneşin iqamətgahı) adı verilib.
Mirzə Rza xan 1913-cü ildə Tehrana gedərək bir neçə ay Mirzə Məhəmmədəli xanın təşkil etdiyi Nazirlər kabinəsində ədliyə naziri vəzifəsinə təyin olunur. Kabinənin süqutundan sonra ona İran dövləti tərəfindən 56 min tümənə yaxın məvacib təyin edilir. O, 1937-ci ildə 84 yaşında Tehranda dünyasını dəyişib. Hərbçi və diplomat, məşhur alim kimi şöhrət qazanmış Mirzə Rza xan “Müntəxəbati-Daneş”,
“Divani-Gövhəri-Xavəri” və sair əsərlərin müəllifidir. Onun “Məsnəviyi-sülh” poeması bir sıra xarici dillərə tərcümə olunub.
Diplomatik fəaliyyəti dövründə müxtəlif illərdə dünyanın bir çox ölkələrinin orden və medalları ilə
təltif edilib.
Mirzə Rza xanın məhəbbət olayları Tiflislə də əlaqədardır. Bir vaxtlar o, qastorla bu şəhərə gəlmiş
primadonna – miss Mikita ilə maraqlanırdı. Elə burada ikinci arvadı ingilis Lili Cervis ilə tanış olur, bu qadından da onun Həsən adlı oğlu dünyaya gəlir.
Mirzə Rza xan fəaliyyət göstərdiyi bütün yerlərdə mühüm binalar tikdirib. Onlardan biri –
Daneşgah Monakodadır. Sonralar onu İsfahan villası adlandırıb. İki bina