ЖекаПринт

Все книги издательства ЖекаПринт


    Toy gecəsi

    Qasımov Əlfi

    Kitaba yazıçının “Toy gecəsi” və “Adilənin taleyi” romanları daxildir. “İnsan insanın dostudur, qardaşıdır” ideyası “Toy gecəsi” romanının əsasını təşkil edir. “Adilənin taleyi”nin mövzusu gənc jurnalistlərin həyatından alınmışdır. Əgər Həmzə öz qələmindən şəxsi-qərəzlik və gününü eyş-işrətdə keçirmək üçün istifadə edirsə, Adiləyə jurnalist qələmi həqiqəti üzə çıxarmaq üçün lazımdır.

    Müşfiqli günlərim

    Dilbər Axundzadə

    Bu kitabda toplanmış xatirələr ölməz şairimiz Mikayıl Müşfiqin ömür-gün sirdaşı, şəxsiyyətə pərəstiş illərində başı müsibətlər çəkmiş Dilbər Axundzadənin könül çırpıntılarıdır. “Müşfiqli günlərim” Dilbər Axundzadənin sağlığında bir neçə dəfə işıq üzü görmüşdür. Dilbər xanım bu kitabdan sonra müxtəlif dövrlərdə məqalələr, xatirələr, şeirlər yazmışdır, amma bu kitabdakı xatirələr Müşfiqsevərlərə məlhəməvəzidir desək, düşünürük, yanılmarıq. Xoş mütaliələr…

    Kərbəla dilbəri

    Curci Zeydan

    Ərəb ədəbiyyatında tarixi roman janrının formalaşdırılmasında xüsusi rolu olan Curci Zeydan (1861-1914) məhəbbət və sədaqət rəmzi ola biləcək qəhrəmanlarını islam dininin yaranmasının ilk illərində baş vermiş hadisələrin, o cümlədən Kərbəla şəhidliyinin, içərisindən keçirərək bir-birinə qovuşdurur. Əsər, bir qədər sərbəst yozulsa da, tarixi faktlar və qeyri-adi vəziyyətlərlə zəngindir, maraqla oxunur və zamanının ruhunu oxucuya çatdırır. Min bir gecə nağıllarındakından heç də geri qalmayan sərgüzəştlərlə dolu, islam tarixinə hörülmüş məhəbbət romanı. Aleksandr Dümanın əsərlərinin xilafətin saray intriqaları, Mediçi üslubunda sui-qəsd və qətllərini təsvir edən ərəb analoqu. Eyni zamanda, Kərbəla düzündə İmam Hüseynin qətlini təsvir edəcək dərəcədə mötəbər bir əsər. Gənclər bu kitabı bir məhəbbət və sərgüzəşt romanı, yaşlılar isə islam dininin yaranmasının ilk illərinin xronikası kimi oxuya bilər.

    Seçilmişlər

    Cığatel İsaqızı

    Kitaba xanım-şairənin müxtəlif səpkili şeirləri toplanıb. Öz orijinallığı ilə seçilən şeirlərdə ön sırada yenə də Vətənə məhəbbət, insanlara sevgi dayanır. Cığatel İsaqızı klassik aşıq yaradıcılığından bəhrələnsə də poeziyasında həmişə “özü olmağa” can atır və buna əksər hallarda nail olur. Dilinin aydınlığı, sadəliyi ilə seçilən xanım-şairə öz şeirləri ilə 20 yanvar şəhidlərinə yas tutur, Xocalı faciəsini unutmur, Azərbaycan qadınını, onun vəfa və sədaqətini vəsf edir. Vətən bildiyi Anasına sevgilərini, yurd məhəbbətini şeirə çevirir, Uca Tanrıya xitab edərək sonda ona sığındığını söyləyir. Kitabda müəllifin qıfılbənd və deyişmələri də yer alıb. Cığatellə Zəlimxan Yaqubun, İbrahim İlyaslının, Tağı Sadiqin, Aşıq İmaməlinin qıfılbəndləri, Aşıq Şəhadətlə, Hacı Loğmanla, Pərvanə Zəngəzurlu deyişmələri oxuculara təqdim olunub. Düşünürük müəllifin bu kitabında yer alan əsərləri poeziya həvəskarlarının stolüstü kitabına çevriləcək..

    Sıyrılmış qılınc

    Cəlal Bərgüşad

    Cəlal Bərgüşadın “Sıyrılmış qılınc” tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər təsvir olunur.

    Canlı əhvalatlar

    Cek Kenfild

    Bu kitabı birnəfəsə, bir oturuma da oxuyub başa çıxmaq olar, amma onu ləzzət ala-ala, tələsmədən çeynəyib udmaq da mümkündür. Çalışın ki, onu birdəfəyə, biruduma udmayasınız. Çünki burda nəql olunan hər bir əhvalatın arxasında insan taleyi durur. Deməli, hər əhvalat – bir kəşfdir! Kitabda toplanmış əhvalatlar ürəkdən-ürəyə yol tapır, adamın qəlbini isidir, çətin məqamlarda insana həyan olur, ona güc verir. Və həm də, ola bilsin, bu əhvalatların sayəsində siz öz həyatınıza yeni gözlə baxacaqsınız.

    Kəlilə və Dimnə

    Bəydəba

    Kəlilə və Dimnə – e.ə. I əsrdə yaşadığı düşünülən Bəydəba tərəfindən qələmə alınmış təmsil şəklində hekayələrdən ibarət olan kitabdır. Kitabın Depşelem adlı bir hind hökmdarına ithaf edildiyi və hökmdara məsləhət və nəsihət səciyyəsi daşıması fikri mövcuddur. “Kəlilə və Dimnə"dəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirmişdir. Əsər adını ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki çaqqaldan almışdır – “doğrunun və dürüstlüyün” simvolu “Kəlilə” ilə “yanlışın və yalanın” simvolu “Dimnə”. Kitabda hekayələr “Min bir gecə” nağıllarında olduğu kimi bir-biriylə əlaqəli və qarışıq hekayələrdən ibarətdir. Beş fəsli və bir girişi vardır. Hər fəsildə bir əsas hekayə, onun içində də kiçik hekayələr, nəzm şəklində nəsihətlər vardır. Hekayənin yazılış məqsədi Mehapur hökmdarının tənbəl üç şahzadəsini doğru yola yönəltməkdir.

    Oğru müharibələri

    Bəhram Çələbi

    Qırxıncı və doxsanıncı illərin oğru qanunları bir-birindən çox fərq-lənir. Bu fərqi başa düşmək olar. İttifaqın dağılması oğru qardaşlığına da birbaşa təsir edib. Zakonniklərin bir qismi bu dövrdən də sağ-sala-mat çıxaraq öz ənənələrinə sadiqliyini qoruyub saxlamağa müvəffəq oldu. Klassik ənənələrə sadiq oğrulara indi NEP dövrünün oğruları deyirlər. Yeni oğrular isə oğru qanunlarını müasir tələblərə uyğun şə-kildə tətbiq edənlərə deyilir. Yenidənqurma başlamazdan xeyli əvvəl də SSRİ-nin meqapolislə-rində cinayətkar klanlar arasında mübarizə çox ciddi şəkildə gedirdi. Lakin əsasən “peşka”lar və ya “döyüşçü”lər qırılırdılar, mübarizə av-toritetlərin qətlinəcən gedib çatmırdı. İttifaq dağıldıqdan sonra isə…

    Allah eşqinə! Şeirləri və Poemaları

    Bəhmən Vətənoğlu

    Kitaba sevimli el şairimiz Bəhmən Vətənoğlunun dillər əzbəri olan şeirlərini daxil etmişik. Qeyd edək ki, əvvəllər işıq üzü görməyən bir sıra şeirlər ilk dəfə dərc olunur. Ümid edirik bu nəşr də o biriləri kimi çoxsaylı oxucularımız tərəfindən rəğbətlə qarşılanacaq.

    Qutadğu bilig

    Balasaqunlu Yusif

    Əziz oxucu, türk dünyasının böyük oğlu, görkəmli xalq şairi Xəlil Rza Ulutürkün tərcüməsində sizə təqdim etdiyimiz bu kitab türkdilli xalqların möhtəşəm abidəsidir. XI əsrin yadigarı – Yusif Balasaqunlunun «Qutadğu bilig» və ya “Qutadqu bilik” (Xoşbəxtliyə aparan elm) kitabında ayrı-ayrı sinif, təbəqə və zümrələrin əxlaqı, dünyagörüşü, borcu, məsuliyyət dərəcəsi, imtiyazları, Allah və bəndə qarşısında başlıca vəzifələrinin nədən ibarət olduğu poetik dillə verilmişdir. Hər bir türk qızı üçün ər evinə cehiz kimi aparılan bu kitab ən böyük, ən müqəddəs hədiyyədir. Ən ali əxlaqi dəyərləri əks etdirən «Qutadğu bilig»i türk dünyasının möhtəşəm əxlaqi kodeksi də adlandırmaq olar.