Qədim qala / Гадим Гала

Все книги издательства Qədim qala / Гадим Гала



    Zamanı necə yeyək

    Ровшан Абдуллаоглу

    Müasir dünyamızda hər kəs zamanın su kimi axdığından şikayətlənir. Həftələr, aylar, illər sanki göz qırpımında bir-birini əvəz edir. İş o yerə çatır ki, nəinki ikinci dərəcəli, hətta mühüm və təcili işlərə belə vaxt ayıra bilmir, onları daim təxirə salmalı oluruq. Bəs, görəsən, zamanın sürətlə axıb tükənməsinin səbəbi nədir? Bunun qarşısını necə ala bilərik? Hər kəsin günü 24 saatdan ibarətdirsə, nizamlı, hər şeyə vaxt tapan insanların sirri nədədir? Necə edək ki, zamanımızın sahibinə çevrilək, həm iş həyatında, həm də şəxsi həyatımızda uğurlu olaq? Vaxtını idarə edə bilməyən insan nə qədər istedadlı olsa da, nə özünə, nə də cəmiyyətə töhfə verə bilər. Əlinizdə tutduğunuz kitab taym-menecment mövzularında əldə edilmiş ən son elmi nailiyyətləra, sınanılmış düsturlar, əsasında qələmə alınıb. Öz zamanınızın – həyatınızın hakimi olmağın yolu bu qaydaların tətbiqindən keçir.

    Qorxular

    Ровшан Абдуллаоглу

    Döyüşdə şücaəti ilə ad qazanmış I Napoleonun nədən qorxduğunu bilirdiniz? Bəs böyük bir imperatorluğu diz çökdürmüş Mahatma Qandinin necə? Qorxu hissi insan təbiətinə xas olan psixoloji duyğuların ən əzablısıdır. Qorxuruqsa, deməli yaşayırıq. Bu ki çox gözəldir! Qorxusuz qəhrəman yoxdur, lakin qəhrəmanlar qorxularından danışmağı sevməzlər. Qorxunun varlığı fəlakət deyil, yetər ki, onunla necə davranmalı olduğunu biləsən. Qorxularını yenməyən kəs bir ömür kölə həyatı yaşamağa məhkumdur. Bu barədə zəruri məlumatlarla silahlanmış insan qorxularını istiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitab – qorxu quyusunda məhkum olan birinə əzablardan qurtulması üçün atılmış kəndirdir. Yapışıb xilas olmaq öz əlinizdədir

    Bu şəhərdə kimsə yoxdur

    Ровшан Абдуллаоглу

    Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün bu dünyada sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram..

    Çətin olsa da həyat davam edir

    Ровшан Абдуллаоглу

    Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir.

    Relslər üzərinə uzanmış adam

    Ровшан Абдуллаоглу

    Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qar­şısına gətirib. Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gö­zəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təz­yiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər meh­riban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist ba­xışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur. Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat he­kayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq? Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tə­rəf­də əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ. Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sev­gini dadanlar qadirdir.

    Abaddon

    Ровшан Абдуллаоглу

    Ara verməyən İrlandiya yağışlarının məcrasından çıxardığı dağ çayı bu dəfə sahilə fərqli bir şey atıb – dəhşətli işgəncələrdən tanınmaz hala düşmüş gənc qadın cəsədi. Və bu, məşhur “Titanik” gəmisinin son dayanacağı olmuş balaca liman şəhərinin hüzurunu pozan artıq altıncı bənzər qətl hadisəsidir. Cani zövqlü bir oyun oynayır: oxşar zahiri gözəlliyə malik olan qadınları böyük səylə seçir, ağlasığmaz işgəncələr verdikdən sonra ayda birini ən dəhşətli üsulla qətlə yetirir. Bütün cəsədlərdə öz imzasını qoymağı, hətta ara-sıra həyat fəlsəfəsi ilə bağlı nəsihət məktubları yazmağı da unutmur. Caninin tapılması üçün paytaxt Dublindən Korka göndərilmiş canlı əfsanə müstəntiq Şon Onilin qarşısında çətin sual dayanır: silsilə qatil kimdir? İllər öncə yoxa çıxmış kriminal avtoritet, hər gün üzləşdiyi insanların arasında maskalanmış psixopat, yoxsa qaranlıq dünyadan təşrif buyurmuş qorxunc cəhənnəm əcinnəsinin özü? Bütün nəzərlər fokusçunun şlyapadan dovşan çıxaran sağ əlinə zilləndiyi zaman müstəntiq diqqətdən kənarda qalan sol əli izləyə biləcəkmi?