Bu kitab II Dünya müharibəsinin sonunadək faşistlərdən gizlənərək yaşayan və bir-birindən dəhşətli hadisələrin şahidi olan Şpilmanın ürəkağrıdan xatirələrindən ibarətdir.
Boris Vianın 1950-ci illərdə yazdığı və ona ölümsüzlük qazandıran “Qəbrinizə tüpürməyə gələcəyəm” romanı ağların irqçiliyinin bumeranq effekti ilə qaraların irqçiliyinə necə keçdiyini göstərir.
Bu roman ekran əsərlərinin ən uğurlu kitab variantlarından biri sayılır. Kitab 1990-cı illərdə böyük uğur qazanmış “Gözəlçə” filminin özü qədər təsirli, ovsunludur.
Müəllifinin kinossenari kimi yazdığı, lakin kimsəyə sata bilmədiyi üçün menecerinin məsləhəti ilə romana çevirdiyi, nəticədə ona dünya şöhrəti qazandıran bu əsər oxucu qəlbini riqqətə gətirir.
Arvadının və onun sevgilisinin qətlinə görə məhkumluq həyatı yaşayan bankirin qeyri-adi hekayətindən bəhs edən bu kitabı həyəcansız oxumaq mümkün deyil.
Bir hüquq firmasından cəlbedici təklif alan gənc vəkillə onun sevimli arvadının həyatı heyrətamiz şəkildə dəyişir. Necə? Bunu bilmək üçün təqdim edilən kitabı diqqətlə oxumaq lazımdır.
Ən yaxşı Hollivud filmlərinin romanlaşdırılması ilə məşhurlaşan Leonora Fleyşerin bestsellerləri içərisində xüsusilə fərqlənən “Yağış Adam” maraqlı süjeti və qəhrəmanları ilə size çox təsirləndirəcək…