Название | Əbuəlisina |
---|---|
Автор произведения | Kayum Nasıri |
Жанр | |
Серия | Uşaq ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Bilik ardınca uzaq yerlərə
Ən qədim zamanlarda Buxaranın yaxınlığındakı
Şeceq kəndində bir ər-arvad yaşayırdı. Onlar çox meh-riban dolanırdılar, bir-birlərindən razı idilər.
Günlərin bir günündə bu gözəl ailədə iki əkiz oğlan uşağı doğuldu. Valideynlərin sevinci yerə-göyə sığmırdı. Oğlanların birinin adını Əbuəlisina, o birinin adını isə Əbuharis qoydular.
Ay ötdü, il dolandı, uşaqlar böyüdülər. Onların dörd yaşı tamam oldu. Uşaqların məktəbə getmək vaxtı çatdı (ən qədim vaxtlarda Şərq ölkələrində uşaqlar dərs oxuma-ğa indikindən daha tez başlayırdılar).
– Qoy oxusunlar, bilik alıb adam olsunlar, – deyə vali-deynləri oğlanlarını məktəbə göndərdilər.
Əbuəlisina qeyri-adi bir istedada malik idi. Əbuharis isə Əbuəlisinanın doğma qardaşı olsa da, ağıllılıqda və fə-rasətdə qardaşından geri qalırdı.
Əbuəlisina çox yaxşı oxuyur, müəllimin söylədiklərini tez qavrayır, eşitdiklərini həmişəlik yadda saxlayırdı. Mü-əllimdən aldığı bilik Əbuəlisinanı qane etmirdi. O, hələ uşaq yaşlarından çoxlu kitab oxuyardı. Odur ki, qısa bir müddətdə o bir neçə elm öyrənib, xalq arasında deyildiyi kimi, “Bir tükü uzununa qırx yerə bölə bilirmiş”.
Onun fərasəti və incə həssaslığı haqqında çoxlu ma-raqlı əhvalatlar söyləyirlər. Onlardan biri budur. O zaman-lar məktəblərdə hələ skamya yox idi. Şagirdlər döşəməyə salınmış keçə üzərində diz üstə oturardılar. Bir dəfə Əbu-əlisinanın yoldaşları onunla zarafat etmək istədilər. Onlar əlverişli vaxt tapıb gənc oğlanın oturduğu keçənin altına bir vərəq kağız qoyub, nə baş verəcəyini maraqla gözlə-məyə başladılar.
Heç bir şeydən şübhələnməyən Əbuəlisina sinfə gəlib öz yerində oturdu. O, birdən gah döşəməyə nəzər saldı, gah da tavana baxmağa başladı. Ondan soruşdular:
– Sənə nə olub? Orda nə görmüsən?
– Özüm də bilmirəm, elə bil ya məktəbin tavanı aşağı enib, ya da ki, döşəmə yuxarı qalxıb, nə isə hər halda bir şey olub, – deyə cavab verdi.
Əfsanəyə görə gənc oğlan, hətta keçənin altına qoyul-muş bir vərəq kağızı da hiss edibmiş.
On iki yaşlarında ikən Əbuəlisina hərtərəfli inkişaf etmiş şəxslərdən biri oldu və müxtəlif fənlərdən mühazi-rələr oxuyurdu. Özündən yaşca böyük uşaqlar Əbuəlisina-nın yanına gəlib ondan dərs alırdılar.
Günortayadək o, uşaqlara dərs verir, sonra isə şagird-ləri ilə birlikdə oynamağa gedirdi. Əbuəlisinanın bu xasiy-yəti bəzi adamlara xoş gəlmirdi. Onlar deyirdilər:
–Sən həm biliklisən, həm də ağıllısan, uşaqlara ağıl-kamal və müxtəlif elmlər öyrədirsən, eyni zamanda da on-lara qoşulub həyətdə oynayırsan.
Əbuəlisina bu töhmətə sakitcə cavab verib deyirdi:
–İnsanın həyatında hər dövrün öz gözəlliyi vardır: uşaqlıq dövrünün xüsusiyyəti isə oynamaqdır.
Bir neçə il keçdi. Əbuəlisina böyük alim oldu. Buxara-da və onun ətrafında elə bir adam yox idi ki, bilikdə onunla mübahisəyə girişə bilsin. Lakin onun özü öz biliyi ilə kifa-yətlənmirdi, o daha dərin biliklərə yiyələnməyə can atırdı. Bir dəfə qardaşı Əbuharislə birlikdə qərara alırlar ki, bilik-lərə yiyələnmək üçün uzaq səyahətə çıxsınlar. Onlar vali-deynlərinin ayağına düşüb onlardan xeyir-dua istəyərək deyirlər:
–Hörmətli ata, sevimli ana, biz istəyirik ki, bütün dün-yanı dolaşıb, yad ölkələri görək, bilik toplayaq, təbiətin sir-lərini dərindən anlayaq. İcazə verin arzumuzu yerinə yeti-rək, bizə öz valideynlik xeyir-duanızı verin…
Öz oğlanlarından ayrılmaq ata-ana üçün nə qədər çə-tin olsa da, onların xoş niyyətlərinə mane olmadılar.
Qardaşlar yola düşdülər. Ata ilə ana onları yola salıb ayrılarkən öz övladlarına müvəffəqiyyətlər arzuladılar.
Gecə-gündüz yol gedib uzun məsafə qət etdikdən son-ra qardaşlar uzaq bir ölkəyə gəlib çatdılar. Onlar bir çox kəndləri, şəhərləri gəzib, müxtəlif adamlarla rastlaşdılar, görkəmli alimlərlə görüşdülər. Bir dəfə onlar kiçik bir şə-hərə gəlib çıxdılar. Bazar meydanına çıxıb gördülər ki, bir adam böyük izdihamın arasında dayanıb, nə barədəsə hə-rarətlə danışır.
Əbuəlisina və Əbuharis izdihama yaxın gəldilər. Hə-min adam elan etdi:
–A dostlar! Hamınız qulaq asın! Qoy hamı eşitsin! Sa-bah mağaraların qapıları geniş açılacaq. Əgər oranı gör-mək, bilik almaq fikriniz varsa, hazırlaşın. Lakin möhkəm yadda saxlayın ki, mağaradan kitab çıxarmaq və qeyd gö-türmək qadağandır. Eyni zamanda hər kəs, öz hafizəsində saxlaya biləcəyi qədər bilik ala bilər..
Bu xəbər qardaşları çox maraqlandırdı. Onlar bu kiçik şəhərin sakinlərinin birindən soruşdular:
– O necə mağaradır? Nə üçün onun qapıları taybatay açılır? Bunu nə üçün xalqa xəbər verirlər?
O dedi:
– Qədim zamanlarda Fisaquris1 adlı məşhur bir alim yaşamışdır. O, öz biliyi ilə dünyada şöhrət qazanmışdır. Qəribə dəyişmə2 haqqındakı elmi o yaratmışdır. O, ölən-dən sonra adamlar onun yaratdığı təlimi mühafizə etmək arzusu ilə onun bütün kitablarını toplayıb mağaraya yığ-mış, giriş yolunda da keşikçilər qoymuşlar. Hər il eyni vaxtda, üç saat ərzində mağaraya gedib-gəlmək olar. Ha-mıya icazə verilir ki, oraya gedib istədiyini öyrənsin. Am-ma oradan bayıra kitab çıxarmaq və ya qeyd götürmək ol-maz.
Bunu eşitcək Əbuəlisina fikrə getdi, sonra Əbuharisə dedi:
–Bax, biz axtardığımızı tapmışıq. Lakin üç saata çox iş görmək olmaz. Bizə öz biliyimizi artırmaq üçün daha çox vaxt gərəkdir. Biz onlara kələk gələrik. Mağaraya girərik, ancaq ordan düz bir ildən sonra çıxarıq. Lakin yemək-iç-məksiz orda biz tələf olarıq. Odur ki, tələsmək lazım deyil, gələn il mağaraya girmək üçün hazırlaşmağa başlayaq.
Onlar belə etməyi qərara aldılar.
Əbuəlisina və Əbuharis dağlara sarı yollandılar. Dağ-ların daşlı-kəsəkli zirvələri yüksəklərə qalxmışdı. Dərələr-də və dağ kəndlərində zeytun ağacları bitmişdi. Burada müxtəlif heyvanlar dolaşır, quşlar oxuyurdu.
Qardaşlar balaca və rahat bir kaha tapıb, oranı özləri-nə məskən etdilər. Yekə bir daş axtarıb tapdılar, onunla kahanın ağzını tutdular ki, özlərini vəhşi heyvanların bas-qınından mühafizə etsinlər, onlar buradaca yaşamağa baş-ladılar.
Əbuəlisina qardaşına dedi:
–Biz özümüzə bir illik azuqə ehtiyatı düzəltməliyik.
Azuqənin həcmi o qədər kiçik olmalıdır ki, onu gizlin-cə mağaraya gətirə bilək. Bir də özümüzü mümkün qədər az yeməyə öyrətməliyik.
–Dediklərinin hamısı düzdür, – deyə Əbuharis onunla razılaşdı. – Amma mağarada su da olmaya bilər. Biz gərək susuzluğa da öyrəşək.
–Bəli. Biliklərə doğru gedən yol çətindir, asan deyil…
Qardaşlar dərhal işə başladılar. Özlərini qarşıdakı məhrumiyyətlərə alışdırmaq üçün çox az yeyib-içirdilər. Onlar bir gündə iyirmi qəpiklik gümüş pulun ağırlığı qə-dər zeytun yağı yeyir, susuzluqlarını kəsmək üçün isə ay-da bir dəfə bir neçə qurtum su içirdilər.
Gənclər kiçik yaşlarından sərrast ox atırdılar. Əbuəli-sina uzaq məsafədən vurub quşun gözünü tökə bilirdi.
Onlar möhkəm, elastik bir çubuq kəsib özlərinə ka-man qayırdılar və dağlarda vəhşi keçi ovlamağa başladılar. Dağ keçisini vurub ürəyini çıxardaraq qurudub döyür və ondan un hazırlayırdılar. Tez bir zamanda onların o qədər un ehtiyatı oldu ki, bununla onlar mağarada düz bir il ya-şaya bilərdilər.
Lakin onlar başa düşürdülər