Название | Torpağın nağılı |
---|---|
Автор произведения | Народное творчество |
Жанр | |
Серия | Uşaq ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Azərbaycan nağılları
TORPAĞIN NAĞILI
Bir mahal vardı yer üzündə. Laləli, ceyranlı, turaclı düzləri, yamaclı dağları, durnagözlü bulaqları, marallı, əlikli meşələri baxanı heyran qoyurdu. İlxı-ilxı atları, sürü-sürü qoyunları saya gəlməzdi. Öz halal zəhmətləri ilə əkər, biçər, yaşayardılar bu dünyada. Kimsənin varında, dövlətində gözləri olmazdı bu tayfanın. Dəliqanlı igidləri at belində quş kimi səkər, qılınc oynadardılar.
Bu mahal ağsaçlı bir müdrik insanı başçı seçmişdi özünə. Adına Böyük ata deyirdi hamı. Dünya dağılsaydı da, bir sözünü iki edən olmazdı. Hörməti hörmət, ehtiramı ehtiram idi Böyük atanın. Qan-qada ilə işi olmazdı.
– Davanızı dağla-daşla edin, igidlərim, – həmişə deyərdi, – Qaya yarın, yol çəkin dağlara, səhralara su çıxarın. Qan axıtmayın, tər axıdın canınızdan. İşiniz onda yüngül olar, təriniz sünbül olar.
Qocalar da, cavanlar da həmişə sırğa edərdi qulaqlarında bu müdrik Böyük atanın sözlərini. Uzaq-uzaq ölkələrdən gələn qarətçilərin bu firavanlığı, bu bolluğu gözü götürməzdi. Həmişə də burunları əzilərdi onların. Bir savaş qurbansız olmazdı. Neçə igid qurban verərdi öz canını el yolunda, qeyrət yolunda. Neçə ananın sinəsi dağlı, neçə sevgilinin gözü yaşlı qalardı davadan sonra. Hamıdan da çox Böyük ata yanardı, yaxılardı öz igidləri üçün.
Bir gün düşmən öz pis niyyəti ilə yenə kəsdirdi qapını. Mahalın dəliqanlı igidləri silaha sarılıb at üstünə atıldılar.
Böyük ata:
– Səbir edin görək, – dedi, – igidlərim.
İgidlər səbir edib dayandılar. Düşmən elçiləri gəlib çıxdı. Böyük atadan xərac istədilər. Böyük ata qızırqanmadı, onlara elin varından bir kisə qızıl verdi. Hamı sevindi ki, xata sovuşdu. Səhər tezdən elçilər yenidən göründülər. Böyük ata:
– Buyurun, – dedi, – indi tələbiniz nədir?
Elçilərdən biri:
– Ulu xaqanımız sizin şəxsi döyüş atınızı tələb edir, – dedi.
İgidlər hiddətləndilər bu sözdən. Böyük ata onları sakitləşdirdi:
– Verin, – dedi, – mənim döyüş atımı onlara! Təki qan-qada sovuşsun bizdən.
Elçilər Böyük atanın döyüş atını alıb apardılar.
Səhər oldu, elçilər yenə gəldilər.
Böyük ata:
– Daha nə istəyiniz var? – deyə soruşdu.
Yenə elçilərdən biri:
– Ulu xaqanımız sizin yeganə oğlunuzu özünə nökər etmək istəyir, – dedi.
Yenə dəliqanlı igidlər hiddətlənib bağırdılar:
– Biz cəng istəyirik!
Böyük ata sakitləşdirdi onları:
– Bu cəngdə öləcək igidlərimiz mənim bir oğlumdan heç də əskik deyil, – dedi.
Elçilər Böyük atanın tək oğlunu qabaqlarına salıb qul kimi apardılar. Böyük ata sevindi ki, bununla qan-qada sovuşub getdi, sakitlik yarandı mahalda. Ancaq heç də belə olmadı. Səhər elçilər yenə Böyük atanın qapısını kəsdirdilər. Böyük ata özünü zorla ələ aldı və hiddətlə soruşdu:
– Daha nə istəyirsiniz?
Elçilərdən biri dedi:
– Ulu xaqanımız bir parça torpaq istəyir mahalınızdan, məskən salmaq üçün.
Hamının nəzərləri Böyük ataya dikildi. Onun gözləri qəzəbdən alışıb-yandı. Ayağa qalxaraq:
– Haydı, mənim igidlərim! – dedi. – Düşmən həddini aşdı! Düşmənə verdiyim xəraclar mənə məxsus idi. Ancaq torpaq mənim yox, xalqındı. Düşmənə aman verməyin!
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.